Vakansiya haqqında
Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Vəzifə öhdəlikləri:
Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək;
Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək;
Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək;
Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək;
Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək;
İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək;
Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək;
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədlərə tələblər:
Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması;
Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq;
İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi;
Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə;
Azərbaycan və Rus dilini bilmək;
Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri Binəqədi yolu 100
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
Rəsmi əmək müqaviləsi.
Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 0552531364
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
