Vakansiya haqqında
Əməkhaqqı: Müsahibə nəticəsinə əsasən təyin edilir.
Vəzifə öhdəlikləri
Mövcud müştəri bazası ilə əlaqələrin qorunması və yeni müştərilərin cəlb edilməsi;
Şirkətin məhsullarının müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsul təkliflərinin verilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və satış nəticələrinin izlənilməsi;
Müştəri sifarişlərinin vaxtında və düzgün icrası üçün aidiyyəti şöbələrlə əməkdaşlıq;
Bazar, rəqib və məhsullar haqqında məlumatların mütəmadi yenilənməsi.
Tələblər
Orta ixtisas və ya ali təhsil;
Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür);
Effektiv ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlü yanaşma və inandırma bacarığı;
Komandada işləmək və problemləri operativ həll etmək bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Üstünlük hesab olunur
Pərakəndə satış və ya FMCG sektorunda təcrübə;
Satış texnikaları və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
Satış hədəfləri və performans göstəriciləri ilə işləmək təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Kiçik satış nümayəndəsi” qeyd etməklə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
