Vakansiya haqqında
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin filiallarından daxil olan sənədlərin tamlığını, uyğunluğunu və düzgünlüyünü yoxlamaq;
Yoxlanılmış sənədləri arxiv otağında aidiyyəti qovluqlar üzrə sistemli şəkildə yerləşdirmək;
Arxiv qovluqlarının dövri auditini aparmaq və sənədlərin mühafizəsini təmin etmək;
Sənədlərdə aşkar olunmuş xətalar və uyğunsuzluqlar barədə filial müdirlərini məlumatlandırmaq, düzəlişlərin olunmasını tələb etmək və izləmək;
Borcu bitmiş müştərilərin sənədlərini borclular bölməsindən çıxararaq müvafiq arxiv qovluğuna köçürmək;
Hüquq şöbəsinin tələb etdiyi sənədləri məhkəmə və digər dövlət organlarına vaxtında çatdırmaq;
Müddəti bitməkdə olan sənədlərin siyahısını hazırlayaraq Hüquq şöbəsinə təqdim etmək;
Namizədə Dair Tələblər:
Təhsil: Ali və ya orta-ixtisas təhsili;
İş təcrübəsi: Kargüzarlıq, arxiv işi və ya sənəd dövriyyəsinə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır;
Bilik və Bacarıqlar:
Sənədləşmə standartları və kargüzarlıq qaydaları barədə anlayış;
Yüksək diqqətcillik, məsuliyyət və təşkilatçılıq bacarıqları;
Şirkətdaxili komanda və filial rəhbərləri ilə effektiv kommunikasiya qurmaq qabiliyyəti;
İntizamlılıq və iş vaxtının planlaşdırılması bacarığı (gündəlik planlama və icra).
İş qrafiki: 6 gün
Ünvan: Baş Ofis, Yasamal r-n, İnşaatçılar m/s, Tri korona binası, evol mebel
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
