Vakansiya haqqında
“Absheron Hospitality Group” MMC “İstismar xidmətləri üzrə nəzarətçi”
vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
Elektrik və mexaniki sistemlərdə profilaktik baxış və texniki servis işlərini plan
üzrə həyata keçirmək;
Qaz, su və elektrik sistemlərinin təhlükəsiz
işləməsini təmin etmək;
Gözlənilməz texniki nasazlıqlar zamanı operativ
müdaxilə etmək, zəruri hallarda xarici servis xidmətləri ilə əlaqə qurmaq və təmir prosesinə nəzarət
etmək;
Avadanlıqların sazlanması, quraşdırılması, nizamlanması və sınaq
yoxlamasını həyata keçirmək, sistemin sazlığı vəziyyətinə nəzarət etmək;
Yeni texnikanın və inkişaf etmiş texnologiyanın tətbiqinin, səmərələşdirici
təkliflərin iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak etmək;
Yerinə yetirilən işlər üzrə sənədləri qəbul etmək, onların vaxtında icrasını və
saxlanılmasını təmin etmək;
İşi ilə əlaqəli hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirmək,
emal etmək və hazırlamaq;
Texniki və istilik, həmçinin soyutma və havalandırma avadanlıqlarının, sobaların,
nasosların, transformatorların, elektrik cihazlarının və s. təmiri və texniki xidməti üçün işlərə nəzarət etmək,
onları əlaqələndirmək və planlaşdırmaq;
Elektrik və mexaniki
sistemlərlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmək
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
Tutduğu vəzifə üzrə normativ hüquqi aktları bilmək;
Hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki
şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını bilmək;
İstifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş
prinsiplərini və istismar qaydalarını bilmək;
Avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını: məlumatların
alınması, emalı və ötürülməsinin texniki vasitələrini bilmək;
Microsoft Office (Word, Outlook) proqramlarından istifadə bacarığının
olması;
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Göndərilən emaillərin subject hissəsinə “İstismar xidmətləri üzrə
nəzarətçi” yazılmalıdır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
