Vakansiya haqqında
Təsvir
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak
aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Kommersiya və yaşayış
obyektlərimizin texniki istismar əməliyyatlarına rəhbərlik edəcək, avadanlıq və mühəndis sistemlərinin fasiləsiz,
təhlükəsiz və standartlara uyğun fəaliyyətini təmin edəcək İstismar üzrə menecer
axtarırıq.
Bu rol texniki xidmət komandasının idarə edilməsinə, istismar büdcəsinin və təchizat
proseslərinin nəzarətdə saxlanılmasına, planlı-profilaktik baxış cədvəllərinin icrasına, eləcə də istismar
siyasətlərinin, prosedurlarının və KPI göstəricilərinin tətbiqinə cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün mühəndislik və texniki bilikləri praktiki idarəetməyə
tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, komandaya effektiv rəhbərlik etmək və
nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Texniki istismar əməliyyatlarına rəhbərlik və nəzarət
Kommersiya və yaşayış obyektlərində bütün texniki istismar və xidmət əməliyyatlarına
rəhbərlik etmək və nəzarəti həyata keçirmək;
Təhlükəsizlik standartlarına
və planlı-profilaktik texniki baxış (preventive maintenance) cədvəllərinə tam riayət olunmasını təmin
etmək;
Yaranan texniki nasazlıqların və problemlərin operativ həlli
məqsədilə mühəndis və texniki komandalarla sıx əməkdaşlıq etmək.
Komanda idarəçiliyi, prosedurlar və KPI-ların tətbiqi
Texniki istismar heyətini idarə etmək və iş tapşırıqlarını (work orders) effektiv
şəkildə koordinasiya etmək;
Texniki istismar üzrə siyasətləri, iş
prosedurlarını və əsas səmərəlilik göstəricilərini (KPI) hazırlamaq və tətbiq etmək.
Büdcə, təchizat və podratçılarla iş
Texniki istismar büdcəsinin hazırlanmasına və icrasına, eləcə də istismar
avadanlıqlarının və materiallarının satınalınması prosesinə nəzarət etmək;
Xidmət müqavilələrinin icrasını və podratçı/təchizatçı şirkətlərin iş keyfiyyətini
(performance) mütəmadi monitorinq etmək;
Təchizatçılar, xidmət
təminatçıları və şirkətin daxili struktur bölmələri ilə effektiv kommunikasiya və əlaqələndirməni təmin
etmək.
Tələblər
Mühəndislik və ya digər müvafiq texniki sahə üzrə ali təhsil;
Obyektlərin idarə edilməsi (Facility Management) və ya texniki istismar sahəsində iş
təcrübəsi;
İsitmə, soyutma və havalandırma (HVAC), elektrik və mexaniki
sistemlər üzrə dərin biliklər;
Güclü liderlik, komanda idarəetməsi,
büdcələmə və yüksək təşkilatçılıq bacarıqları;
İşgüzar səviyyədə İngilis
dili biliyi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də kommersiya və yaşayış
obyektlərinin texniki istismar əməliyyatlarını müstəqil idarə etmək imkanı\.
Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına
dəstək
Rəqabətli əməkhaqqı və bonus
Rəqabətli əməkhaqqı və bonuslar
Geniş təminatlı
tibbi sığorta
Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
