Vakansiya haqqında
"AzərYem Sənaye MMC" Balakən rayonunda yerləşən yem istehsalı müəssisəsi üçün təcrübəli İstehsalat və Texniki Şöbənin Müdirini axtarır. Şöbə müdiri bütün istehsalat və texniki əməliyyatların planlaşdırılmasına, xammal, avadanlıq və işçi qüvvəsinin maksimum səmərəliliklə idarə olunmasına, məhsulun keyfiyyət və gigiyena standartlarına tam uyğun buraxılmasına cavabdeh olacaq.İstehsalatın planlaşdırılmasıSatış tələbatına uyğun istehsal planlarını və çeşidlər üzrə məhsul buraxılışı qrafiklərini tərtib etmək, plan tapşırıqlarının icra üsullarını müəyyənləşdirmək.İstehsal həcmini, material tələbatını və təchizat kalkulyasiyalarını hesablamaq, material sifarişlərini vaxtında vermək.İstehsalat sahələrinin xammal və materiallarla fasiləsiz təminatını təşkil etmək.Texnoloji və texniki proseslərin idarə edilməsiTexnoloji proseslərin ardıcıllığını müəyyənləşdirmək, zəruri texnoloji dəyişiklikləri tətbiq etmək.Avadanlıq, alət və mexaniki qurğuların texniki sazlığına, səmərəli istifadəsinə və fasiləsiz işinə nəzarət etmək.İşçi qüvvəsi, avadanlıq, xammal və istehsalat sahəsindən səmərəli istifadə üzrə standartlar hazırlamaq və tətbiq etmək.Keyfiyyət və sanitar-gigiyenaYem hazırlanma prosedurlarına, hazır məhsulun saxlanma şəraitinə və sanitar-gigiyena normativlərinə tam riayət olunmasını təmin etmək.Heyətin idarə edilməsiNövbə cədvəllərini tərtib etmək, işçi qüvvəsinə tələbatı planlaşdırmaq və istehsalat komandasının fəaliyyətini əlaqələndirmək.Komandanın peşəkar inkişafına və nəticəyönümlü iş mühitinin formalaşmasına dəstək vermək.Hesabatlılıq və təhlükəsizlikRəhbərliyə müntəzəm istehsalat hesabatları təqdim etmək.Əməyin mühafizəsi, texniki təhlükəsizlik və əmlakın mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək.Axtardığımız namizəd profiliMühəndislik, qida və ya yem sənayesi texnologiyası, istehsalatın idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil.İstehsal müəssisəsində, üstünlüklə yem və ya qida emalı sahəsində, rəhbər və ya aparıcı mühəndis vəzifəsində ən azı 5 il təcrübə.Yem istehsalı texnologiyası, xammalın xüsusiyyətləri, saxlanma şərtləri və sanitar-gigiyena normativləri üzrə dərin bilik.İstehsal avadanlıqlarının və mexaniki qurğuların iş prinsiplərinə hakimlik.İstehsalatın planlaşdırılması, resursların bölüşdürülməsi və normativ hesabatların hazırlanması təcrübəsi.Şəxsi və idarəetmə səriştələriGüclü təşkilatçılıq və koordinasiya bacarığıNəticəyönümlülük və yüksək məsuliyyət hissiKomandanı idarə etmək və motivasiya etmək bacarığıEffektiv kommunikasiya və problemlərin həlli qabiliyyətiBiz təklif edirikİstehsalatın inkişafına birbaşa təsir göstərmək imkanı verən rəhbər vəzifəRəqabətli əmək haqqı və KPI əsaslı bonuslarTibbi sığorta, nahar təminatı, yanacaq təminatı, yaşayış yeriPeşəkar inkişaf və karyera perspektivi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
