Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzInTelecom

İnsan Kapitalı üzrə Biznes Partnyor

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: İnsan Kapitalı üzrə strategiyanın təşkilati məqsədlərlə uyğunlaşdırılmasının təmin edilməsi; Məsul struktur bölmələr üzrə şirkətin strateji hədəflərini dəstəkləyən baxış və həllər barədə tövsiyyələrin verilməsi; Məsul struktur bölmələr üzrə əməkdaşlarla mütəmadi əsasda ünsiyyətin aparılması, görüşlərin keçirilməsi və əməkdaşların müxtəlif məsələlər üzrə təlimatlandırılması; İstedad boşluqlarının / ehtiyaclarının müəyyənləşdirməsi; Davamçıların və istedadların idarə edilməsi proseslərinin icrası; Perfomans idarəetmə prosesinin həyata keçirilməsi; Korporativ dəyərləri və əməkdaşların rifahına yönəlik şirkət mədəniyyətinin təşviq edilməsi; İşçi bağlılığının artırılması üçün təkliflərin verilməsi, tədbirlərin planının hazırlanması və icrasının təmin edilməsi; Trendləri, riskləri və imkanları müəyyən etmək üçün əsas metrikləri təhlil edərək məsul struktur bölmələrə əsaslandırılmış tövsiyələrin təqdim edilməsi; İşçi dövriyyəsi, işə bağlılıq indeksi, işçi sayı və digər əsas göstəriciləri izləyərək mütəmadi əsasda hesabatların hazırlanması; İnsan resursları üzrə gündəlik, aylıq, rüblük və illik hesabatların hazırlanmasını və təhlilini təmin edilməsi; HR məlumatları əsasında analitik hesabatlar, idarəetmə panelləri (Dashboard) və təqdimatlar hazırlanması; HR hesabatlılıq proseslərinin standartlaşdırılması, avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması; Tələb olunan bilik və bacarıqlar: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə); İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3–5 il iş təcrübəsi; Performans idarəetmə sistemlərinin tətbiqi və idarə olunması, HR analitika və hesabatlılıq proseslərinin həyata keçirilməsi, HR məlumatlarının təhlili və HRIS sistemləri ilə iş üzrə praktik təcrübə; MS Office proqramları, xüsusilə MS Excel üzrə yüksək səviyyədə işləmək bacarığı; Azərbaycan dili sərbəst, ingilis və ya rus dilləri üstünlükdür. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.