Vakansiya haqqında
Məktəbimizin STEM/Robototexnika atelyesində çalışacaq, ən müasir təlim dəstləri ilə dərs apara bilən müəllim axtarırıq.
Tələblər:
İnformatika, Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və ya rəsmi təsnifata uyğun digər əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi
Minimum 2 il müəllimlik təcrübəsi
Robotik kodlaşdırma dəstləri ilə iş təcrübəsi
Robototexnika, Arduino və proqramlaşdırma sahəsində praktiki bacarıqlar
Blok və mətn əsaslı kodlaşdırma dillərini bilmək
Robot dəstlərini yığmaq, dövrə qurmaq və nasazlıqları aradan qaldırmaq bacarığı
Müxtəlif yaş qruplarına uyğun dərs planı hazırlamaq bacarığı
Şagirdləri yerli və beynəlxalq robot, dron müsabiqələri kimi yarışmalara hazırlamağa həvəs
Təklif edirik:
Saat hesablı (part time) iş qrafiki
Zəngin texniki baza
Ölkə daxilində və xaricdə müsabiqələrdə iştirak imkanı
İnkişafa açıq, yaradıcı iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
