Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Irshad Electronics →

İcraçılarla iş şöbəsinə mütəxəssis

Maaş göstərilməyib

İmişliMənbə: Vezife.az

Vakansiya haqqında

İmişli və Sabirabad əraziləri İşin təsviri Məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş qərarlarının icrası ilə bağlı icra orqanlarında şirkəti təmsil etmək, zərurət yarandıqda sorğular yönəltmək. İcra prosesində olan işlərin gedişinə nəzarət etmək, aylıq ödənişləri izləmək, portfel üzrə müəyyən edilmiş aylıq ödəniş planının yerinə yetirilməsini təmin etmək, tələb olunan məktub və sorğuları hazırlamaq, borclularla mütəmadi əlaqə saxlamaq. Borclular üzrə qanunvericiliyə uyğun məcburi icra tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək və onların icrasını tələb etmək. Tələblər Yaş həddi: 25-45. Cins: kişi. Azərbaycan dilində səlis danışıq bacarığı, rus dili biliyi arzuolunandır. Problemli kreditlər və məhkəmə icra orqanları ilə iş üzrə minimum təcrübə. Komandada işləmək və borclularla ünsiyyət qurmaq bacarığı. Analitik düşüncə, məntiqi yanaşma və riyazi hesablamalar aparmaq bacarığı. Güclü kommunikasiya bacarıqları. Dəqiqlik və detallara diqqət yetirmək bacarığı. Bank və ya bank olmayan kredit təşkilatında, xüsusilə problemli kredit mütəxəssisi və ya icraçılarla iş şöbəsi üzrə təcrübə arzuolunandır. Maraqlanan namizədlər öz CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.