Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Park Cinema

Reklam üzrə Satış Meneceri

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Kinoteatrda reklam yerləşdirmək istəyən yeni müştərilərin və şirkətlərin cəlb edilməsi; Potensial reklamverənlərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi; Şirkətlərə Park Cinema-nın reklam imkanlarının və reklam platformalarının təqdim edilməsi; Kinoteatrın ekranlarında, foyesində və digər reklam sahələrində reklam yerləşdirilməsi üzrə satışların həyata keçirilməsi; Müştərilərin ehtiyaclarına uyğun reklam paketləri və kommersiya təkliflərinin hazırlanması; Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması; Reklam müqavilələrinin bağlanması və satış prosesinin sonadək idarə olunması; Mövcud reklam müştəriləri ilə əlaqələrin qorunması və əməkdaşlığın davamlılığının təmin edilməsi; Yeni reklam və əməkdaşlıq imkanlarının araşdırılması; Rəqiblərin reklam bazarının və qiymət siyasətinin təhlili; Aylıq satış hədəflərinin yerinə yetirilməsi və satış hesabatlarının hazırlanması. Namizədə tələblər Satış və ya reklam sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır; B2B satış və korporativ müştərilərlə işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları; Yeni müştərilərin axtarışı və cəlb edilməsi üzrə aktiv yanaşma; Kommersiya təklifləri hazırlamaq bacarığı; Nəticəyönümlü və təşəbbüskar olmaq; MS Office proqramları üzrə biliklər; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. Təklif edirik 800 AZN sabit əmək haqqı + satış nəticələrinə əsasən bonus; Həftənin 6 günü iş qrafiki; Dinamik və kreativ iş mühiti; Böyük şirkət və brendlərlə əməkdaşlıq imkanı; Peşəkar inkişaf və karyera perspektivi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.