Vakansiya haqqında
Vəzifə öhdəlikləri
PR istiqaməti:
Şirkətin
ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;
Şirkətin
müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;
Media
nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin
qurulması və idarə olunması;
Mətbuat
açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;
Yeni
filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının
hazırlanması və icrası;
Reklam
və kommunikasiya kampaniyalarının təşkili;
Şirkətin
tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
Media
və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə
olunması.
SMM istiqaməti:
Şirkətin
sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər
platformalar) idarə olunması;
Aylıq
və həftəlik kontent planlarının hazırlanması və icrası;
Sosial
media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin
hazırlanması;
Film təqdimatları,
premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin
hazırlanmasının təşkili;
Foto və
video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
Reels,
Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;
Sosial
media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə
olunması;
Sosial
media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
İzləyici
sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində
tədbirlərin görülməsi;
SMM və
rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.
Namizədə tələblər
PR,
SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
Sosial
media platformalarının idarə olunması üzrə praktiki biliklər;
Kreativ
düşünmə və kontent ideyaları yaratmaq bacarığı;
Azərbaycan
dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və
ingilis dillərini bilmək arzuolunandır;
Canva,
CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
Foto və
video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
Analitik
düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
Operativ,
məsuliyyətli və nəticəyönümlü olmaq.
Təklif edirik
1 500
AZN NET əmək haqqı;
Kreativ
və dinamik iş mühiti;
Böyük
auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
Peşəkar
inkişaf və karyera perspektivi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
