Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Uninet MMC

Rejection Management Field Specialist (Ganja, Tovuz)

GəncəMənbə: HRIN.az

Vakansiya haqqında

İmtinaların idarəedilməsi üzrə sahə mütəxəssisi (Gəncə, Tovuz) Şöbə: Biznes proseslərinə nəzarət şöbəsi İş qrafiki: Növbəli qrafik Uninet fərdi və biznes müştəriləri üçün yüksək sürətli internet xidmətləri təqdim edən provayderdir. İnnovativ texnologiyaları istifadə edən Uninet abonentlərinə sürətli və təhlükəsiz internet təklif edir. Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiz Əsas vəzifə öhdəlikləri: Jira sisteminə daxil olan imtina sorğularını gündəlik yoxlamaq, ərazilər üzrə çeşidləmək və təhlil etmək. Sorğuların həlli məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq etmək və imtina etmiş abunəçilərlə əlaqə saxlamaq. Abunəçilərdən router və IPTV avadanlıqlarını təhvil almaq, təhvil-təslim aktlarını tərtib etmək. Təhvil alınan avadanlıqların texniki vəziyyətini vizual olaraq yoxlamaq və elektrik şəbəkəsinə qoşaraq işləkliyini müəyyənləşdirmək. Jira sistemindəki sorğuları tam həll olunana qədər izləmək, görülmüş tədbirlər və nəticələr barədə qeydlər aparmaq. İcra olunmuş sorğuları müəyyən edilmiş müddətlərdə və daxili prosedurlara uyğun olaraq bağlamaq. Tarif dəyişikliyi ilə əlaqədar avadanlıqlarını şirkətə təhvil vermiş abunəçilərə aid sorğuların icrasını sürətləndirmək və izləmək. Avadanlıqların uçotunu aparmaq, aylıq hesabatları hazırlamaq və tələb olunan qaydada təqdim etmək. Ay ərzində abunəçilərdən təhvil alınmış router və TVIP avadanlıqlarını müəyyən edilmiş müddətdə anbara təhvil vermək. İş prosesində aşkar edilən problemlər barədə aidiyyəti şəxsləri vaxtında məlumatlandırmaq. Rəhbərlik tərəfindən verilən tapşırıqları və digər vəzifə öhdəliklərini şirkətdaxili prosedur, siyasət və təlimatlara uyğun icra etmək. Müştəri məmnuniyyətinin artırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və iş prosesindəki çatışmazlıqların aradan qaldırılmasına töhfə vermək. Tekila və Huawei Billing sistemləri üzrə biliklər; Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) və CorelDRAW ilə işləmək bacarığı; Şirkətin strategiyasını və biznes modelini anlamaq bacarığı; Müştəriyönümlü yanaşma və xidmət keyfiyyətinə diqqət; Tələb olunan bilik və bacarıqlar Tekila və Huawei Billing sistemləri üzrə biliklər. Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) və CorelDRAW proqramında işləmək bacarığı. Müştəriyönümlü yanaşma və xidmət keyfiyyətinə diqqət yetirmək bacarığı. Şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcəkdir. Səriştələr Məsuliyyətlilik Müştəriyönümlülük Keyfiyyətə yönümlülük Komanda işi və əməkdaşlıq Operativlik və dəqiqlik Biz nə təklif edirik? Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonuslar; Əlavə sosial və korporativ imtiyazlar; Təlim və peşəkar inkişaf imkanları; Karyera yüksəlişi üçün imkanlar; Peşəkar və dinamik komanda mühiti; İnnovativ məhsul və texnologiyalarla işləmək imkanı; Kross-funksional əməkdaşlıq və təcrübə mübadiləsi; Müasir və inkişafyönümlü iş mühiti.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.