Vakansiya haqqında
Əsas Vəzifə öhdəlikləri:
Veysəloğlu
Şirkətlər Qrupuna daxil olan bizneslərin əməkdaşlarının xarici ezamiyyətləri
üzrə aviabilet, otel, transfer və viza əməliyyatlarını təşkil etmək;
Aviabiletlərin
bronlaşdırılması, rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması əməliyyatlarını
həyata keçirmək;
Ezamiyyət
məqsədinə və təsdiqlənmiş büdcəyə uyğun otel və transfer xidmətlərini
bronlaşdırmaq;
Viza tələblərini
araşdırmaq, müraciət üçün zəruri sənədləri hazırlamaq və görüşləri təyin
etmək;
Aviaşirkətlər,
otellər və digər xidmət təminatçıları ilə koordinasiyanı təmin etmək;
Səyahət
zamanı yaranan dəyişiklikləri və təcili müraciətləri operativ şəkildə idarə
etmək;
Əsas Tələblər:
Turizm
və aviabilet xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
Amadeus
sistemindən istifadə üzrə bilik və praktiki təcrübə. Müvafiq peşə
sertifikatlarının, o cümlədən Amadeus sertifikatının olması mütləqdir;
Aviabiletlərin
rəsmiləşdirilməsi, dəyişdirilməsi və qaytarılması, həmçinin tariflər və
hava daşımaları qaydaları üzrə bilik və praktiki bacarıqlar;
Turların
seçilməsi, otel və transfer xidmətlərinin bronlaşdırılması üzrə təcrübə;
Viza tələbləri
və viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə: zəruri sənədlərin
hazırlanması, anketlərin doldurulması və sənədlərin təqdim edilməsi üçün
görüşlərin təyin edilməsi;
Azərbaycan,
ingilis və rus dillərini bilmək;
MS
Office proqramları ilə sərbəst işləmək bacarığı;
Səlis
ünsiyyət bacarığı, diqqətlilik, məsuliyyətlilik və eyni vaxtda bir neçə
sifarişi idarə etmək bacarığı;
Əvvəlcədən
razılaşdırılmış qrafik üzrə növbətçilik etməyə hazır olmaq.
İş şərtləri:
İş məkanı:
Azure Biznes Mərkəzi
Əmək
haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş
rejimi: 5 gün (həftəiçi)
Nahar:
Təmin edilir
Servis
Xidməti Mövcuddur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
