Vakansiya haqqında
İş şəraiti
İş
yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
İş
qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
Əməkhaqqı:
1500-2000 Azn.
Əsas vəzifə öhdəlikləri
Un və
un məmulatları (kəpək, yem və s.) üzrə şirkətin ümumi satış strategiyasını
hazırlamaq və icrasına nəzarət etmək.
Mövcud
müştərilərlə (çörək zavodları, şirniyyat sexləri, topdansatış mərkəzləri və
pərakəndə şəbəkələr) uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək və yeni
müştəri bazası formalaşdırmaq.
Bazar
araşdırmaları aparmaq, rəqiblərin qiymət siyasətini və tələb-təklif
dinamikasını təhlil etmək.
Satış
komandasının işini təşkil etmək, onlara aylıq və illik hədəflər (KPI) təyin
etmək və komandanın peşəkar inkişafını dəstəkləmək.
Xammal
qiymətləri (taxıl bazarı) və istehsal xərclərini nəzərə alaraq optimal
qiymət və endirim siyasətini müəyyən etmək.
Debitor
borcların (nəğd və köçürmə ödənişlərin) vaxtında yığılmasına nəzarət etmək.
İstehsalat
və logistika şöbələri ilə sıx əməkdaşlıq edərək sifarişlərin fasiləsiz və
vaxtında çatdırılmasını təmin etmək.
Rəhbərliyə
mütəmadi olaraq satış hesabatları və bazar proqnozları təqdim etmək.
Vəzifə tələbləri
Yaş:
30-45
İqtisadiyyat,
marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
Kommersiya
və ya satış sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübəyə
üstünlük verilir;
B2B və
topdansatış kanallarını dərindən bilmək, güclü danışıqlar aparmaq və
inandırmaq qabiliyyəti.
Azərbaycan
dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi
üstünlükdür.
MS
Office proqramları (xüsusilə Excel) və 1C proqramında işləmək bacarığı.
Ezamiyyətlərdə
iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.
Tələb olunan kompetensiyalar
Diqqətlilik,
ardıcıllıq və nəticəyönümlülük;
Güclü
danışıqlar aparmaq və təqdimat bacarıqları;
Analitik
düşüncə və nəticəyönümlülük;
MS
Office proqramlarında işləmək bacarığı;
Aydın
yazılı hesabat və şifahi təqdimat bacarığı;
Məsuliyyətlilik,
dürüstlük və məxfilik prinsiplərinə riayət;
Komandada
işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq
bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
