Vakansiya haqqında
Marine Technical Solutions şirkəti komandamıza qoşulmaq üçün
peşəkar, məsuliyyətli və nəticəyönümlü Layihələrin İdarə Edilməsi üzrə Menecer
axtarır.
İş yeri: Bakı şəhəri, Salyan şosesi 2.
Vəzifə öhdəlikləri
Şirkətin
həyata keçirdiyi layihələrin planlaşdırılması və idarə olunması;
Layihələrin
müəyyən edilmiş müddət və büdcə çərçivəsində icrasına nəzarət;
Layihə
komandalarının fəaliyyətinin koordinasiyası;
Xarici
və yerli tərəfdaşlarla işgüzar əlaqələrin qurulması;
Müştərilər
və təchizatçılarla effektiv kommunikasiyanın təmin edilməsi;
Layihələrin
gedişatı üzrə hesabatların hazırlanması;
Risklərin
müəyyən edilməsi və operativ həll yollarının tətbiqi;
Rəhbərliyə
layihələrin icra vəziyyəti barədə mütəmadi məlumat verilməsi.
Namizədə tələblər
Layihələrin
idarə edilməsi sahəsində müvafiq iş təcrübəsi;
İngilis
dili – əla səviyyədə (şifahi və yazılı);
Rus
dili – yaxşı səviyyədə;
MS
Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü
təşkilatçılıq və kommunikasiya bacarıqları;
Analitik
düşünmə və problem həll etmə qabiliyyəti;
Komanda
idarəetmə və koordinasiya bacarıqları;
Məsuliyyətli,
təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti
İş
yeri: Bakı şəhəri, Salyan şosesi 2;
Peşəkar
və dinamik iş mühiti;
Maraqlı
layihələrdə iştirak imkanı;
Əməkhaqqı:
Namizədin bilik, bacarıq, peşəkar təcrübə və kompetensiyalarına uyğun
olaraq müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
