Vakansiya haqqında
Titan Group komandası anbar təsərrüfatı sahəsində təcrübəli,
məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarığına malik namizədləri işə dəvət
edir. Namizəd anbar əməliyyatlarının düzgün təşkili, malların qəbulu, yerləşdirilməsi,
saxlanılması və təhvil verilməsi, anbar qalıqlarına nəzarət və uçot proseslərinin
aparılmasına cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər:
Anbara
daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata
keçirilməsi;
Malların
say, çeşid və keyfiyyət baxımından yoxlanılması;
Malların
anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
Anbar
qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
Mal-material
ehtiyatlarının uçotunun aparılması;
ERP
proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması;
Anbar
sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi;
Planlı
və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili;
Malların
itki və zədələnmə hallarının qarşısının alınması;
Anbar
sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
Anbar
qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
Rəhbərlik
tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Namizədə dair tələblər:
Ali və
ya orta ixtisas təhsili;
Anbardar
vəzifəsində minimum 3 il iş təcrübəsi;
Anbar
uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər;
ERP
proqramları ilə işləmək bacarığı;
MS
Office proqramlarını, xüsusilə Excel-i bilmək;
Anbar
sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq;
Diqqətlilik,
dəqiqlik və məsuliyyətlilik;
Operativ
qərarvermə və problem həll etmə bacarığı;
Komanda
ilə işləmək bacarığı.
İş şərtləri:
Əmək
haqqı: 1000–1300 AZN;
İş təcrübəsi:
3+ il;
İş
istiqaməti: Anbar əməliyyatları və anbar uçotu;
Peşəkar
inkişaf və təcrübəyə uyğun iş mühiti;
Nahar:
Şirkət tərəfindən təmin olunur;
Servis:
Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş
qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş
ünvanı: Binə qəsəbəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
