Vakansiya haqqında
Əsas tələblər:
Gömrük
işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
Gömrük
Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
Azərbaycan
Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı
biliklər;
Elektron
gömrük sistemləri ilə işləmək bacarığı;
Məsuliyyətli,
operativ və analitik düşüncə tərzinə malik olmaq.
Vəzifə öhdəlikləri:
Gömrük
prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
Gömrük
bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim
edilməsi;
Mənşə,
uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
Dövlət
qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
HS
kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin
hesablanması və peşəkar dəstəyin göstərilməsi;
Gömrük
rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın
(invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil
verilməsi;
İş şəraiti və saatları:
Tam
ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə
günü saat 10:00-dan 13:00-dək;
Rəqabətədavamlı
əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
Peşəkar
komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey
sizin performansınızdan asılıdır).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
