Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Qazanxana
sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma
avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini
təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
Buxar
təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun
temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları
davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq.
Avadanlıqlarda
yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat
vermək.
Avadanlıqların
iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə
normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni
tərtib etmək.
Əməyin
mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə
normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək.
Tələblər
Təhsil:
Orta texniki təhsil
İş təcrübəsi:
Müvafiq sahə üzrə 1 ildən yuxarı
Yaş həddi:
20-45 yaş aralığında
Sertifikat:
Qazanxanaçı sertifikatı
Yüksək
texniki biliklər
İş rejimi və şərtlər
İş
yeri: Bakı şəhəri, Yasamal Rayonu
İş
rejimi: növbəli (yalnız gecə növbəsi)
Əmək
haqqı: 562 Azn Gross
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
