Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şöbənin
illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik
etmək;
Risklərin
dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını
formalaşdırmaq;
Uyğunsuzluqların
yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin
etmək;
Daxili
nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq
prosesi idarə etmək;
Şirkət
siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin
etmək;
Aktivlərin
qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
Struktur
bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər
hazırlamaq və icrasını izləmək;
Şöbə əməkdaşlarının
fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin
olunmasına nəzarət etmək;
Daxili
nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə
təqdim etmək;
Konfidensiallıq,
obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
Şirkətdaxili
komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin
inkişafına töhfə vermək;
Büdcə
və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
Komanda
idarəetmə bacarığı;
Güclü
analitik düşüncə və problem həll etmə bacarığı;
Hesabatlılıq
və proses idarəçiliyi bacarığı;
Daxili
nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət
metodologiyası üzrə dərin bilik;
ERP
sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
MS
Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat
hazırlama bacarığı;
FMCG,
retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük
sayılır.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil
(Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
Daxili
nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi.
İş şərtlərimiz:
İş
qrafiki: Tam iş günü (5 gün);
İş
yeri: Aşıq Molla Cümə 46 c
Biz nə təklif edirik:
Əmək
bazarında rəqabətli əməkhaqqı;
Peşəkar
komanda mühiti;
Nahar;
Şirkət
hesabına korporativ nömrə;
Təlim
və inkişaf imkanları.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
