Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Knight Academyyy

Alman dili müəllimi — rus dilli (Junior, A1–A2)

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Rus dilində sərbəst danışan alman dili müəllimi axtarırıq — tələbələrimizin bir hissəsi rusdillidir, izahları rus dilində verə bilməlisiniz. Knight Academy Bakıda premium standartlı dil akademiyasıdır: İngilis dili, IELTS, Alman dili və xaricdə təhsil. Alman dili proqramımız böyüyür və təcrübəli alman dili müəllimimizin komandasına A1–A2 qruplarını aparacaq junior alman dili müəllimi axtarırıq. Vəzifə öhdəlikləri - A1–A2 səviyyəli alman dili qruplarında dərslərin keçirilməsi - Akademiyanın tədris proqramı və hazır rəqəmsal materialları ilə işləmək — baş müəllimin metodiki rəhbərliyi ilə - Dərslərə hazırlıq, tələbə irəliləyişinin və davamiyyətin qeydə alınması - Akademiyanın dərs standartlarına əməl etmək: dəqiqlik, nizam-intizam, peşəkar görünüş Tələblər - Alman dili: minimum B1. Goethe / telc / ÖSD sertifikatı üstünlükdür; sertifikatı olmayan namizədlər müsahibədə səviyyə testi və canlı danışıq yoxlamasından keçəcək - Rus dili: sərbəst ünsiyyət — dərsləri rusdilli tələbələrə də izah edə bilmək - Başlanğıc səviyyəli tələbələrə səbirli və aydın izah bacarığı - Dərslər əyani keçirilir — Xətaidə, metro yanında. Yalnız onlayn işləmək istəyən namizədlər uyğun deyil - Hazırda başqa yerdə işləyən namizədlər bu vəzifəyə uyğun deyil - Dəqiqlik, məsuliyyət və uzunmüddətli əməkdaşlıq niyyəti - İki həftə ərzində işə başlaya bilmək - Yaş həddi: 35 yaşadək Üstünlük sayılır - Alman dili tədrisi təcrübəsi (kurs mərkəzi, məktəb və ya universitet) - İngilis dili bilmək Biz nə təklif edirik - Təcrübəli müəllimdən daxili təlim və metodiki dəstək - Tələbə cəlbi və inzibati işlər akademiyanın üzərindədir — siz tədrisə fokuslanırsınız

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.