Vakansiya haqqında
İş yeri: Bakı
İş rejimi: Tam iş günü
Mebel materialları istiqamətində biznesimizin inkişafını sürətləndirmək
üçün komandamıza Biznesin İnkişafı üzrə Menecer axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Mebel
materialları üzrə yeni biznes imkanlarını müəyyənləşdirmək və satışların
inkişafını təmin etmək;
Potensial
B2B müştəriləri araşdırmaq, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə
əməkdaşlığı genişləndirmək;
Müştərilərlə
görüşlər və kommersiya danışıqları aparmaq, qarşılıqlı faydalı əməkdaşlıq
münasibətləri qurmaq;
Mebel
materialları bazarını, rəqibləri, qiymət tendensiyalarını və müştəri tələbatını
izləmək;
Satış
nəticələrini, müştəri portfelini və məhsul qruplarının performansını təhlil
etmək, inkişaf imkanlarını müəyyənləşdirmək;
Məhsul
çeşidinin və kommersiya təkliflərinin inkişafı üzrə əsaslandırılmış təkliflər
hazırlamaq;
Satışların
artırılması üçün fəaliyyət planları hazırlamaq və müvafiq şöbələrlə
koordinasiyalı şəkildə həyata keçirmək;
Görülən
işlər və əldə edilən nəticələr üzrə mütəmadi hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil
(biznesin idarə edilməsi, iqtisadiyyat, marketinq və ya əlaqədar sahələr
üzrə üstünlük);
B2B
satış və ya biznesin inkişafı sahəsində minimum 3 il iş təcrübəsi;
Distribusiya,
mebel materialları və ya tikinti materialları sektorunda təcrübə
üstünlükdür;
Güclü
kommunikasiya, təqdimat və kommersiya danışıqları aparmaq bacarığı;
Analitik
düşünmə, satış məlumatlarını təhlil etmək və nəticələr əsasında praktik qərarlar
təklif etmək bacarığı;
MS
Excel proqramında yaxşı səviyyədə işləmək, satış hesabatları və analitik cədvəllər
hazırlamaq bacarığı;
CRM
sistemləri ilə işləmək təcrübəsi;
Planlaşdırma,
təşkilatçılıq və müstəqil işləmək bacarığı;
Azərbaycan
dilində sərbəst ünsiyyət, rus və ingilis dili biliyi üstünlükdür.
Bizim üçün vacib olan
Bu vəzifədə
uğurlu namizəd yalnız yeni müştərilər tapmaq və danışıqlar aparmaqla kifayətlənməməli,
bazar imkanlarını düzgün qiymətləndirməyi, satış göstəricilərini təhlil
etməyi və əldə etdiyi məlumatları konkret kommersiya nəticələrinə çevirməyi
bacarmalıdır.
Biz təşəbbüskar,
nəticəyönümlü, sistemli düşünən və biznesin inkişafına real töhfə verə biləcək
komanda üzvü axtarırıq.
Biz nə təklif edirik?
Uzunmüddətli
fəaliyyət təcrübəsi və güclü bazar mövqeyi olan şirkətdə çalışma imkanı;
Geniş
məhsul portfeli və mövcud müştəri bazası ilə işləmək;
Yeni
biznes istiqamətlərinin inkişafında fəal iştirak;
Peşəkar
inkişaf və karyera perspektivləri;
Namizədin
təcrübə və kompetensiyalarına uyğun rəqabətqabiliyyətli əməkhaqqı və nəticəyönümlü
motivasiya sistemi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
