Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şöbə
müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona rəhbərlik
edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və
razılaşdırılması üçün daxil olan sənədlərə viza verir;
Şöbənin
fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların icrasını təşkil edir və
buna nəzarət edir;
Şöbənin
fəaliyyət istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın
alınmasına dair tələbatın müəyyənləşdirilməsində və müvafiq təkliflərin
hazırlanmasında iştirak edir;
Satınalma
məqsədilə bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan
qiymət təkliflərinin əldə edilməsini və təhlilini təşkil edir;
Satınalma
predmetinin texniki xüsusiyyətlərinin və digər tələblərinin müəyyənləşdirilməsi,
habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə
müvafiq struktur bölmələrlə əməkdaşlıq edir;
Satınalma
müqavilələrinin icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə
uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə nəzarət edir;
Satın
alınan mal və xidmətlərin qanunvericiliyin və daxili qaydaların tələblərinə
uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin
təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
Şöbənin
fəaliyyət istiqamətləri üzrə hesabatların, arayışların və digər məlumatların
hazırlanmasını təmin edir;
Şöbənin
vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında,
habelə onlara dəyişikliklərin edilməsində iştirak edir;
Səlahiyyətlərinə
aid məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə
müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar və məlumatlar
hazırlayır;
Şöbə
müdirinin müvəqqəti olmadığı və ya vəzifələrini icra edə bilmədiyi
hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata
keçirir;
Tələblər
“İqtisadiyyat
və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali təhsil;
Təchizat
və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi, rəhbər vəzifədə
isə azı 3 il iş təcrübəsi;
Dövlət
satınalmaları sahəsini tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar,
qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə biliklərə malik
olmaq;
Yaş həddinin
30–45 aralığında olması;
Təchizat
zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara malik olmaq;
Hesabatların
və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmaq;
Azərbaycan
dilini sərbəst bilmək, ingilis dilini və rus dilini bilmək
arzuolunandır;
Fikirlərini
düzgün ifadə etmək və savadlı yazı qabiliyyətinə malik olmaq;
Müvafiq
hesabatlarla (texniki hesabatlar, material hesabatları və aktlar) işləmək
bacarığına malik olmaq;
MS
Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq;
Kataloqlardan,
internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına
malik olmaq.
İş şəraiti:
Əmək
bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş
yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
