Vakansiya haqqında
Öhdəliklər:
Layihələrin
və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və
çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə
bildirmək;
Layihələrin
gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə,
tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün
yoxlanılması;
İş həcmləri
olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında
iş həcmləri cədvəlinin tərtib edilməsi;
İcra
edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə
naturaya əsasən ölçmə işlərinin aparılması;
İşin
icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların,
Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin
həcminin ölçülməsi, qiymətləndirilməsi;
Layihə,
smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin
material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat
şöbəsinə təqdim edilməsi;
İş həcmlərinin
qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin
(işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə),
müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması;
Subpodrat
təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin
yoxlanılması, müqayisəsi və təhlili;
İş həcmlərinin
cari qiymətlər əsasında qiymətləndirilməsi;
Ehtiyac
olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin
aparılması.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
