Vakansiya haqqında
Artizan şokolad brendi üçün təcrübəli şokoladçı axtarılır.
Yaş həddi: 30–45 yaş
Əmək haqqı: 1 500–2 000 AZN
Namizədə tələblər:
* Şokolad və qənnadı sahəsində min 3–5 illik iş təcrübəsi;
* Korpuslu şokolad konfetləri və trüfellərlə işləmə bacarığı;
* Şokoladla işləməyin əsas texniki biliklərinə yiyələnmək;
* Rus dili biliyi;
* Yüksək əl qabiliyyəti, estetik zövq və yaradıcı yanaşma;
* Peşəkarlıq, məsuliyyət, intizam və dəqiqlik;
* Öz peşəsini sevmək, yeni biliklərə açıq olmaq və davamlı öyrənmək həvəsi;
* Gələcəkdə şokoladçı-texnoloq kimi yetişmək və peşəkar inkişaf etmək arzusu.
İnkişaf imkanları:
Namizədə şokoladın kakao dənəsindən hazır məhsula qədər bütün istehsal mərhələlərini (Bean-to-Bar) öyrənmək, şokoladçı-texnoloq kimi yetişmək üçün şərait yaradılacaq.
Bizim üçün əsas meyar peşəsinə sevgi, yaradıcılıq, məsuliyyət və daim inkişaf etmək istəyidir.
İş yeri: Bakı
CV üçün Email: BakuJobs @ outlook com
Qeyd: Sadəcə email üzərindən müraciət edin. Müraciət üçün hər hansı ödəniş tələb olunmur. Elan sizə uyğun deyilsə, tanıdığınız uyğun şəxslərlə paylaşmanızı xahiş edirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
