Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

H.S. Solutions

B2B satış mütəxəssisi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

B2B Satış üzrə əməkdaşlıq təklifi Hörmətli namizəd, H.S. Solutions şirkəti mühasibat uçotu, vergi, audit, kadr və korporativ xidmətlər sahəsində yeni korporativ müştərilərin cəlb edilməsi məqsədilə təcrübəli B2B satış mütəxəssisləri ilə xidmət müqaviləsi əsasında əməkdaşlıq etmək istəyir. Namizədə əsas tələblər Soyuq B2B zənglər və aktiv satış sahəsində minimum 2 il praktiki təcrübə (mütləqdir); 3 il və daha çox müvafiq təcrübəsi olan namizədlərə üstünlük verilir; Şəxsi potensial korporativ müştəri və biznes əlaqələri bazasının olması (mütləqdir); Şirkət rəhbərləri və qərar qəbul edən şəxslərlə birbaşa əlaqə qurmaq təcrübəsi; Müştəri ehtiyaclarını müəyyən etmək, etirazlarla işləmək və görüşlər təyin etmək bacarığı; Danışıqları real satış nəticəsinə çevirmək təcrübəsi; Müstəqil fəaliyyət göstərmək və konkret satış nəticələrinə nail olmaq bacarığı; Telefon vasitəsilə inamlı və peşəkar ünsiyyət; Məsuliyyət, intizam və nəticəyönümlülük; Azərbaycan dilində sərbəst ünsiyyət; Rus dili biliyi üstünlükdür; İngilis dili biliyi əlavə üstünlükdür. Vacib: H.S. Solutions tərəfindən potensial müştəri bazası təqdim edilmir. Satış mütəxəssisi öz korporativ əlaqə bazasından və açıq mənbələrdən istifadə etməklə potensial müştəriləri müstəqil şəkildə müəyyən etməlidir. Yalnız daxil olan müraciətlərlə işləyən, soyuq B2B zəng təcrübəsi və şəxsi korporativ əlaqə bazası olmayan namizədlər nəzərdən keçirilmir. Sıfırdan satış təlimi nəzərdə tutulmur. Əsas xidmətlər və fəaliyyət istiqamətləri Açıq mənbələrdən və şəxsi əlaqə bazasından istifadə etməklə potensial korporativ müştərilərin tapılması; Soyuq B2B zənglərin həyata keçirilməsi; Qərar qəbul edən şəxslərlə birbaşa əlaqənin qurulması; H.S. Solutions xidmətlərinin və onların biznes üçün üstünlüklərinin təqdim edilməsi; Potensial müştərilərin ehtiyaclarının müəyyən edilməsi; İlkin sualların cavablandırılması və etirazlarla işlənilməsi; Fərdiləşdirilmiş kommersiya e-poçtlarının göndərilməsi; Təkrar əlaqələrin (follow-up) qurulması; Keyfiyyətli onlayn və ofis görüşlərinin təşkili; Maraqlı müştərilər haqqında məlumatların şirkətə ötürülməsi; Müştərilərlə müqavilə bağlanmasına və ilk ödənişin həyata keçirilməsinə qədər satış prosesinin müşayiət edilməsi; Müştəri bazasının yenilənməsi və nəticələrin izlənilməsi; Göstərilmiş xidmətlər və əldə edilmiş nəticələr barədə qısa hesabatların təqdim edilməsi. Xidmətlər üzrə təxmini orta çeklər Birdəfəlik xidmətlər (audit daxil olmaqla): təxminən 2 500 AZN; Aylıq mühasibat və vergi xidmətləri: 1 200–1 500 AZN/ay. Xidmətlərin yekun qiyməti müştərinin fəaliyyət sahəsindən, işin həcmindən və xidmətin mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Əməkdaşlıq formatı və fəaliyyətin təşkili Əməkdaşlıq xidmət müqaviləsi əsasında və tam məsafədən həyata keçirilir. Sərbəst fəaliyyət qrafiki nəzərdə tutulur. Ofisə gəlmək tələb olunmur. Satış mütəxəssisi xidmətlərin göstərilmə vaxtını və üsullarını müstəqil müəyyən edir. Potensial korporativ müştərilərlə əlaqələrin əsasən həftənin iş günlərində qurulması gözlənilir. Variant 1 üzrə həftəlik fəaliyyət hədəfi 125–150 soyuq B2B zəng və 125–150 fərdiləşdirilmiş kommersiya e-poçtudur. Əsas iş yeri olan namizədlər də müraciət edə bilərlər. Digər şirkətlərlə paralel fəaliyyətə maraqların toqquşması, birbaşa rəqabət və məxfilik öhdəliklərinin pozulması halları olmadığı təqdirdə icazə verilir. Potensial müştəri bazası satış mütəxəssisi tərəfindən müstəqil formalaşdırılır və təqdim edilir. Həyata keçirilmiş fəaliyyət və satış nəticələri barədə qısa hesabat təqdim olunur. Əməkdaşlıq və ödəniş şərtləri Namizədlərə iki alternativ əməkdaşlıq variantı təklif olunur. Variant 1 — Sabit xidmət haqqı + komissiya Aylıq sabit xidmət haqqı: 400–600 AZN (namizədin təcrübəsi, kvalifikasiyası və mövcud əlaqə bazasından asılı olaraq); Birdəfəlik xidmətlər üzrə cəlb edilmiş müştəridən faktiki daxil olmuş ilk ödənişin 10%-i; Aylıq xidmət müqavilələri üzrə cəlb edilmiş müştəridən ilk 3 ay ərzində faktiki daxil olan hər aylıq ödənişin 10%-i; Tam məsafədən fəaliyyət; Sərbəst fəaliyyət qrafiki; Həftəlik fəaliyyət hədəflərinin yerinə yetirilməsi; Gündəlik qısa fəaliyyət hesabatının təqdim edilməsi. Aylıq fəaliyyət və satış hədəfləri (Variant 1): Təxminən 525–660 soyuq B2B zəng; Təxminən 525–660 fərdiləşdirilmiş kommersiya e-poçtu; Ən azı 10 keyfiyyətli potensial müştəri görüşünün təşkili; Hədəf olaraq ən azı 2 yeni müştərinin cəlb edilməsi; Onlardan ən azı 1 yeni müştərinin aylıq xidmət müqaviləsinə cəlb edilməsi; Minimum 6 000 AZN məbləğində faktiki ödənilmiş xidmət satışı. Gəlir sabit xidmət haqqından və faktiki satış nəticələrinə əsasən hesablanan komissiyalardan formalaşır. Variant 2 — Sabit ödəniş olmadan, yalnız komissiya Aylıq sabit xidmət haqqı nəzərdə tutulmur; Birdəfəlik xidmətlər üzrə faktiki daxil olmuş ödənişin 15%-i; Aylıq xidmət müqavilələri üzrə ilk aylıq faktiki ödənişin 30%-i, birdəfəlik komissiya şəklində; Tam məsafədən fəaliyyət; Sərbəst fəaliyyət qrafiki; Məcburi gündəlik və həftəlik zəng və e-poçt sayı müəyyən edilmir; Gəlir tamamilə əldə edilmiş satış nəticələrindən asılıdır; Həyata keçirilmiş fəaliyyət, görüşlər və satış nəticələri barədə gündəlik qısa hesabat təqdim edilir. Komissiyaların hesablanması: Hər iki variantda komissiyalar yalnız satış mütəxəssisinin birbaşa cəlb etdiyi müştərilərdən H.S. Solutions şirkətinin faktiki əldə etdiyi ödənişlər əsasında hesablanır. Əlavə şərtlər Satış mütəxəssisinin əsas məsuliyyəti potensial korporativ müştərilərin tapılması, ilkin əlaqələrin qurulması, ehtiyaclarının müəyyən edilməsi, görüşlərin təşkili və müqavilə bağlanmasına qədər satış prosesinin müşayiət olunmasıdır. Müştərilərə sonrakı peşəkar mühasibat, vergi, audit, kadr və korporativ xidmətlər H.S. Solutions şirkətinin mütəxəssisləri tərəfindən göstərilir. Fəaliyyətin qiymətləndirilməsində yalnız zəng və e-poçt sayı deyil, həmçinin keyfiyyətli görüşlər, real müştəri marağı, bağlanmış müqavilələr və faktiki satış nəticələri nəzərə alınır. Satış mütəxəssisi digər şirkətlərlə paralel əməkdaşlıq edə bilər. Bununla belə, H.S. Solutions şirkətinin kommersiya maraqlarına zidd fəaliyyətə, məxfi məlumatların üçüncü şəxslərə ötürülməsinə və digər şirkətlərə məxsus əlaqə bazalarından qanunsuz istifadəyə yol verilmir. Maraqlanan namizədlərdən CV-lərini, yuxarıda qeyd olunan 6 suala qısa və konkret cavablarını, həmçinin seçdikləri əməkdaşlıq variantını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində seçilən variant qeyd edilməlidir: B2B Satış – Variant 1 B2B Satış – Variant 2 Yalnız minimum 2 il soyuq B2B zəng təcrübəsi, şəxsi korporativ əlaqə bazası olan və tələb olunan məlumatları tam təqdim edən namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.