Vakansiya haqqında
Interium komandamıza qoşulmaq üçün rəqəmsal marketinq sahəsində
təcrübəli, analitik düşüncəyə malik və nəticəyönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Rəqəmsal
reklam kampaniyalarının planlaşdırılması, idarə edilməsi və nəticələrinin
təhlili;
Meta
Ads və Google Ads reklam kampaniyalarının qurulması, optimallaşdırılması və
effektivliyinin artırılması;
SEO
və AI əsaslı axtarış sistemlərində şirkətin görünürlüyünün artırılması;
Hədəf
auditoriyasının müəyyənləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi;
Süni
intellekt (AI) alətlərindən araşdırma, analitika və iş proseslərinin
optimallaşdırılmasında istifadə;
Reklamlardan
daxil olan müraciətlərin keyfiyyətinin və effektivliyinin təhlili;
Reklam
büdcəsinin səmərəli idarə olunması və nəticələrə uyğun təkliflərin
hazırlanması;
Marketinq
fəaliyyətinin nəticələri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
Rəqəmsal
marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Meta
Ads və Google Ads reklam platformaları ilə praktiki iş təcrübəsi;
SEO
və müasir AI axtarış sistemləri haqqında biliklər;
Excel
və Google Sheets üzrə yaxşı biliklər;
Analitik
düşünmə və məlumatlar əsasında qərarvermə bacarığı;
Yüksək
kommunikasiya və təqdimat bacarığı;
Təşəbbüskarlıq,
məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda
ilə işləmək bacarığı.
İş şəraiti
Əmək
haqqı: 700 AZN (Net);
İş
qrafiki: Həftədə 5 iş günü;
İş
yeri: Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi, Park Yasamal
Yaşayış Kompleksi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
