Vakansiya haqqında
İş yeri: Azin Technology MMC
İş yeri ünvanı: Süleymansani Axundov 437e
Yaş həddi: 25-40
Əmək haqqı: 600 (+BONUS)
🔹 Vəzifə öhdəlikləri:
Verilmiş layihə üzrə satış prosesini idarə etmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Potensial
müştərilərlə görüşlər keçirmək, danışıqlar aparmaq və satış sövdələşmələrini nəticələndirmək;
Satış strategiyasını hazırlamaq və həyata keçirmək;
Yeni
korporativ müştəriləri müəyyənləşdirmək, cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;
Mövcud
müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini qorumaq və satış həcmini artırmaq;
Müştərilərin ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifləri hazırlamaq;
Aylıq
və illik satış planlarını hazırlamaq, müəyyən edilmiş satış göstəricilərinə nail olmaq;
Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək və ehtiyaclarına uyğun məhsul və həllər təklif etmək;
Layihənin gedişatı, satış nəticələri və müştəri münasibətləri barədə mütəmadi hesabatlar hazırlamaq;
Bazar
tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil edərək satış imkanlarını müəyyənləşdirmək.
🔹 Tələblər:
Ali təhsil (Biznesin idarə edilməsi,
Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Korporativ satış və müştəri münasibətlərinin
idarə edilməsi sahəsində minimum 2 İl iş təcrübəsi;
Satış strategiyalarının hazırlanması və
satış hədəflərinin icrası üzrə praktiki təcrübə;
Korporativ müştərilərlə danışıqlar
aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanması
bacarığı;
MS Office proqramlarında sərbəst işləmək
bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı
bacarığı; rus və ya ingilis dilini bilmək üstünlükdür;
ERP sistemləri ilə işləmək bacarığı
arzuolunandır;
Güclü ünsiyyət, təqdimat, danışıqlar və
müştəri idarəetmə bacarıqları;
Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəli
və nəticəyönümlü olmaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
