Vakansiya haqqında
“Kaspi Liseyi” Usta vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
Orta təhsil;
Sahə
üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan
dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;
Sağlamlıq
və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;
İstifadəsinə
təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
Fiziki
güc və sağlamlıq;
Səbrlilik,
düzgünlük və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
Liseyin
əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi
və istənilən zədələrdən qorunması;
Müəyyən
olunmuş iş yerinin səliqəli saxlanılması;
Müvafiq
avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
Liseyə
məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
Liseyə
məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
Vəzifə
öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi
qaydalarına riayət edilməsi;
İşin
xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən
istifadə edilməsi;
Müvafiq
alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə
edilməsi;
Vəzifəsini
icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə
saxlanma yerlərinə yerləşdirilməsi;
Yaranmış
və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq
və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
Tapşırılan
digər müvafiq işləri həyata keçirmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
