Vakansiya haqqında
İş yeri: Yevlax filialı
Vəzifə öhdəlikləri:
• Şirkətə məxsus avtomobillərin texniki baxışını və təmirini həyata keçirmək;
• Avtomobillərdə yaranmış mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
• Mühərrik, sürət qutusu, asqı sistemi, əyləc sistemi və digər mexaniki hissələrin təmirini həyata keçirmək;
• Avtomobillərin texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
• Ehtiyat hissələrinin dəyişdirilməsi və quraşdırılması işlərini yerinə yetirmək;
• Təmir və texniki xidmət işlərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
• İş yerində təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək.
Namizədə tələblər:
• Avtoçilingər sahəsində iş təcrübəsinin olması;
• Avtomobillərin quruluşunu və iş prinsipini yaxşı bilmək;
• Mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
• Avtomobil təmiri üçün istifadə olunan alət və avadanlıqlarla işləmə bacarığı;
• Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
• Komandada işləmək bacarığı.
İş yeri: Yevlax filialı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
