Vakansiya haqqında
Şirkətimizdə çalışmaq istəyən, məsuliyyətli və işində
dəqiq olan Koordinator (İnventar) tələb olunur.
İş şəraiti:
Ünvan:
Bakı-Şamaxı şosesi, Hökməli dairəsi
Əmək
haqqı: 800 - 1000 AZN (Müsahibə əsasında dəyişə bilər)
İş
qrafiki: Tam iş günü (5 gün)
İş
saatı: 09:00 – 18:00
Təklif
edirik: Mobil nömrə ilə təminat, nahar yeməyi.
Namizədə dair əsas tələblər:
Ali və
ya orta ixtisas təhsili (iqtisadiyyat, mühasibat uçotu, logistika, idarəetmə
və ya əlaqəli sahə) və müvafiq istiqamətdə ən az 1-2 illik iş təcrübəsi;
Koordinasiya
və ya təşkilatçılıq sahəsində iş təcrübəsi;
Yüksək
kommunikasiya bacarığı, komanda, rəhbərlik (sahibkar) və xarici tərəflərlə
səmərəli əlaqə qurmaq bacarığı;
Prioritetləri
düzgün müəyyənləşdirmək, işin gedişini izləmək və problemləri vaxtında həll
etmək bacarığı;
İnventar
və anbar uçotunun əsaslarını bilmək;
1C
proqramında işləmək, inventar üzrə əməliyyatları qeydə almaq və
hesabatları hazırlamaq bacarığı;
Microsoft
Office proqramlarını (Excel, Word) yaxşı bilmək;
Məsuliyyətli,
diqqətli və nizam-intizamlı olmaq;
Cins
üzrə məhdudiyyət nəzərdə tutulmur.
Əsas vəzifə öhdəlikləri:
Fəaliyyətlərin
və təşkilat daxilindəki əməliyyatların düzgün və vaxtında həyata keçirilməsini
təmin etmək üçün komanda üzvləri, rəhbərlik və digər əlaqəli tərəflərlə əlaqə
qurmaq və məlumatları əlaqələndirmək;
Daxili
və xarici tərəflər arasında effektiv və daimi kommunikasiyanı qurmaq;
Komanda
üzvləri ilə gündəlik, həftəlik və aylıq status görüşlərini təşkil etmək;
Birbaşa
rəhbərlə əlaqədə olmaq, lazımi məlumatları və hesabatları ona vaxtında
ötürmək, iş gedişi barədə məlumat vermək;
Problemlərin
vaxtında həlli üçün müvafiq tədbirlər görmək;
İnventarın
izlənilməsi və qeydiyyatı prosesini əlaqələndirmək, maddi sərvətlərin və
malların hərəkətinin müvafiq sənədlərlə təsdiqlənməsini təmin etmək;
İnventar
balanslarını və stok səviyyələrini yoxlamaq, uyğunsuzluq hallarını rəhbərliyə
çatdırmaq;
İnventar
hərəkətlərinə dair gündəlik, həftəlik və aylıq hesabatları 1C proqramında
hazırlayıb vaxtında təqdim etmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
