Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Təyin
edilmiş layihədə,sahədə tikinti-quraşdırma işləri planının işçi
çertyojlara,işlərin aparılması layihəsinə,tikinti norma və
qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun
olaraq yerinə yetirilməsini təmin etmək;
Layihələr
üzrə araşdırmalar etmək;
Material
sərfini hesablamağı bacarmaq,
Obyektdə
işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və
ayrı-ayrı işçiləri təyin etmək,onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək,onlara
iş təlimatı keçmək;
İnşası
başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı
hazır iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak;
Tikinti
işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və
tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət;
Tikinti
prosesi zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Layihələrin
məqsədəuyğun icrası üçün əlaqələrin qurulması və daxili resurslar, üçüncü
tərəflər, müvafiq qurumlarının əlaqələndirilməsi;
Layihənin
təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və
standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
İş
prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış
problemlə bağlı tədbirlər planının hazırlanması;
Layihənin
təhvili üzrə yekun hesabatın hazırlanması;
Xüsusi tələblər
İnşaat
mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
Müvafiq
sahədə iş təcrübəsi;
30–50
yaş aralığında olmaq;
Çoxmərtəbəli
yaşayış və ya qeyri-yaşayış binalarının tikintisi üzrə iş təcrübəsi;
Tikinti
sənədlərinin hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsi
qaydalarını bilmək;
Tikinti
norma və qaydaları (TN və Q) üzrə biliklərə malik olmaq;
Tikinti
prosesinin təşkili və texniki nəzarəti sahəsində bilik və bacarıqlara
sahib olmaq.
İnşaat
sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların,
avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
MS
Office, Autocad proqramları üzrə istifadə biliyi;
Komandada
işləmə bacarığı;
Analitik
düşünmə qabiliyyəti;
İşi
planlamaq bacarığı;
İş şərtləri:
İş
yeri – Xırdalan şəhəri
İş
qrafiki: Tam iş günü (6 gün), bazar istirahət
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə uyğun qeydiyyat.
Nahar
şirkət tərəfindən verilir.
Əmək
haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
