Vakansiya haqqında
Şirkət: Azərsun Holdinq MMC - Bakı şəhəri Masazır qəsəbəsi və
Sumqayıt şəhərində yerləşən istehsalat müəssisələri
Tələblər:
Ali təhsil
(Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya əlaqəli
ixtisaslar üzrə).
Keyfiyyətə
nəzarət, laboratoriya və ya istehsalat sahəsində 2 il iş təcrübəsi.
MS
Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
Keyfiyyət
göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi
bacarığı;
Yüksək
analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
Qida təhlükəsizliyi,
keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər
(ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
İş təlimatlarına
uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
Məhsulların
fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət
planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
İstehsalat
və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət
etmək.
Uyğunsuzluq
aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və
düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
Hazır
məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin
qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
İstehsalat
sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin
mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
Anbar
sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini
yoxlamaq və nəticələri qeydiyyata almaq.
Aparılmış
yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat
və qeydləri hazırlamaq.
Növbə ərzində
həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat
və hesabat təqdim etmək
İş yeri:
Bakı
Qida və Yağ Fabriki MMC
Azərsun
Kağız və Karton İstehsalat Korporasiyası
Azərbaycan
Duz İstehsalat Birliyi MMC
İş şəraiti
İş
Qrafiki: Növbəli (3 növbə)
Nəqliyyat
dəstəyi mövcuddur
Nahar
şirkət tərəfindən təmin olunur
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
