Vakansiya haqqında
Kiçik Sənaye Mühəndisi
Vəzifənin qısa təsviri:
Kiçik
Sənaye Mühəndisi iş vaxtının öyrənilməsi, əməliyyatlar üzrə standart vaxt
normalarının müəyyən edilməsi, istehsalat göstəricilərinin təhlili,
istehsal xətlərində iş bölgüsünün balanslaşdırılması və istehsal gücünün
planlaşdırılması fəaliyyətlərini həyata keçirəcəkdir.
Vəzifənin
əsas məqsədi məhsuldarlığın artırılması, iş axınlarının
optimallaşdırılması və ümumi istehsalat səmərəliliyinin yüksəldilməsinə dəstək
olmaqdır.
Əsas vəzifə və öhdəliklər:
Məhsullar
üzrə iş vaxtı araşdırmalarını aparmaq və standart əməliyyat vaxtlarını müəyyən
etmək;
Standart
Dəqiqə Dəyərlərini hesablamaq və yeniləmək;
İstehsalat
itkilərini, lazımsız hərəkətləri və gözləmə müddətlərini müəyyən etmək,
onların aradan qaldırılması üçün təkliflər vermək;
Səmərəliliyin
artırılması məqsədilə iş axınlarının optimallaşdırılmasına və istehsal xətlərində
iş bölgüsünün balanslaşdırılmasına dəstək göstərmək;
Yeni məhsullar
üzrə istehsal vaxtını müəyyən etmək, avadanlıq və işçi qüvvəsinin istehsal
gücünü qiymətləndirmək, istehsal hədəflərinə uyğun resurs ehtiyaclarını təhlil
etmək;
İş
yükü və işçi qüvvəsi üzrə təhlillər aparmaq, işçi ehtiyaclarını
planlaşdırmaq, işçi çatışmazlığını və ya artıqlığını müəyyən etmək;
Əmək xərclərini
hesablamaq və istehsalat göstəricilərinin yaxşılaşdırılması üçün təkliflər
vermək;
İstehsalat
üzrə iş təlimatlarını hazırlamaq və onların tətbiqinə nəzarət etmək;
İstehsalat
səmərəliliyinin və məhsuldarlığının artırılması məqsədilə davamlı təkmilləşdirmə
təşəbbüslərində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
Sənaye
mühəndisliyi ixtisası üzrə bakalavr təhsili (universiteti yeni bitirmiş
namizədlərin müraciətləri də təşviq olunur);
Microsoft
Excel proqramı üzrə yaxşı bilik və istifadə bacarığı;
Güclü
analitik düşünmə və problem həll etmə bacarıqları;
Riyazi
hesablamalar aparmaq, məlumatları təhlil etmək və hesabatlar hazırlamaq
bacarığı;
Yaxşı
ünsiyyət və komanda ilə işləmək bacarığı;
İstehsalat
mühitində effektiv işləmək bacarığı;
İstehsalat
sahəsində öyrənməyə və peşəkar inkişaf etməyə yüksək həvəs.
İş şəraiti:
İş
yeri: Azərbaycan, Sumqayıt şəhəri, Sülh küçəsi 2.
Servis
xidməti (Gənclik metrosundan) və nahar təmin edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
