Vakansiya haqqında
Şöbə: Hazır Beton Məhsulları
İş vaxtı: Tam
Əsas vəzifələr:
Bütün
sahə əməliyyatlarını, o cümlədən istehsalat, texniki xidmət,
avadanlıqlardan səmərəli istifadə, işçilərin və podratçıların fəaliyyətini
əlaqələndirir və koordinasiya edir.
Lider
kimi, nümunə olaraq təhlükəsizlik mədəniyyətini təşviq edir, bütün əmək fəaliyyətini
təhlükəsizlik siyasət və prosedurlarına müvafiq həyata keçirir.
Zavodla
əlaqəli prosesləri nəzərdən keçirir və yaxşılaşdırılması təkliflərini
verir.
Zavodun
səmərəliliyi və məhsuldarlığını saxlamaq məqsədilə avadanlıqlara nəzarət
edir və tövsiyələr verir.
Zavodda
müqavilə əsasında fəaliyyət göstərən podratçıların fəaliyyətinə nəzarət
edir və işin keyfiyyətinə, resurslardan səmərəli istifadəyə və müəyyən
olunmuş vaxta müvafiqliyinə cavabdehlik daşıyır.
İstehsal
planına müvafiq olaraq, müştərinin nümayəndəsi ilə gündəlik əlaqə saxlayır
və betonun miqdarı, vaxtı və yerini təsdiq edir. Beton üzrə Zavod
Menecerini bütün dəyişikliklər haqqında məlumatlandırır.
Paylanma
planına uyğun olaraq məhsulun təyin olunmuş tikinti sahəsinə
çatdırılmasına nəzarət edir.
Beton
zavodunda işləyən bütün işçilərə iş vaxtı haqqında məlumatların verilməsinə
cavabdehdir.
Əmlakın
saxlanması və idarəolunmasına cavabdehlik daşıyır.
Zavod
işçilərinin, texniki xidmət, istehsal və paylama ilə məşğul olan içilərin
idarəolunmasına cavabdehlik daşıyır.
Təlim
tələblərinin yenilənməsi və tələb olunan kimi təklif olunmasını təmin
edir.
İstehsal
materiallarının bölüşdürülməsinə nəzarət edir.
Xərclərə
nəzarət və istehsal tələbinə müvafiq olaraq zavodla bağlı bütün təmir və
texniki xidmətin planlaşdırılmasını həyata keçirir.
Zavodla
əlaqəli ekoloji aspektləri və problemləri şərh edir və onlara nəzarət
edir.
Bütün
lazım olan xam materialların inventarizasiyasını aparır.
Ayın
yekunu üçün inventar və fərqlilik haqqında hesabatlar hazırlayır.
Hər
ayın sonunda maliyyə icmalına nəzər salır.
Qarşıda
duran və mövcud tələb və narahatlıqları müzakirə etmək üçün aktiv layihələrin
müştəriləri ilə əlaqə saxlayır.
Çatdırılmanı
həyata keçirən əməkdaşların müştəri ərazisindəki fəaliyyətinə nəzarət
edir.
Hadisələrin
araşdırılmasını təşkil edir və hesabat verir.
Zavod
məhsulunun tələb olunan keyfiyyətdə olmasını təmin edir.
Xammalın
keyfiyyət spesifikasiyası daxilində olmasına nəzarət edir.
Təhlükəsizlik
tədbirlərinin davamlı təkmilləşdirilməsini təmin edir və onların müəyyən
edilmiş standartlara uyğunluğuna nəzarət edir.
Əməliyyatların
müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə (ƏFG) uyğunluğuna nəzarət
edir.
Bacarıq və Kvalifikasiyalar:
İnşaat,
mühəndislik və ya müvafiq sahədə Ali təhsil;
Tikinti
sahəsi üzrə işçi qüvvələrinin idarəolunmasında iş təcrübəsi;
Hazır
beton məhsulları sahəsində bilik və minimum 3 il təcrübə;
MS
Office tətbiqi;
Detallara
diqqətlə yanaşmaq;
Azərbaycan
dili – sərbəst, İngilis dili biliyi üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
