Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AS Group

Kiçik tender mütəxəssisi

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vəzifənin məqsədi Şirkətin tender və satınalma proseslərinin təşkili və sənədləşdirilməsinə dəstək göstərmək, potensial tenderlərin izlənməsi, tender sənədlərinin hazırlanması, təkliflərin koordinasiyası və məlumat bazasının yenilənməsi üzrə tapşırıqları rəhbərin nəzarəti altında icra etmək İşin təsviri Dövlət, özəl və beynəlxalq tender platformalarını müvafiq qaydada izləmək. Tender sənədlərini, texniki tələbləri və iştirak şərtlərini ilkin təhlil etmək, əsas məlumatları sistemləşdirmək. Texniki və kommersiya təkliflərinin, müqayisə cədvəllərinin və tender yazışmalarının hazırlanmasına dəstək göstərmək. Tender bazasına və vendor qeydiyyatı məlumatlarına nəzarət etmək, onları mütəmadi yeniləmək. Tender sənədlərinin müəyyən edilmiş formata uyğunluğunu və tamlığını yoxlamaq, tender prosesini izləmək. Tender prosesi zamanı aşkar edilən risklər və çatışmazlıqlar barədə rəhbəri məlumatlandırmaq. Təchizatçı bazasını yeniləmək, potensial yeni təchizatçıları araşdırmaq və müəyyən etmək. Tender nəticələrinin təhlili əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək. Satınalma planlarının və qrafiklərinin hazırlanmasında iştirak etmək. Həftəlik və aylıq hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək. Tələb olunan təhsil, təcrübə və bacarıqlar Ali təhsil; iqtisadiyyat, biznes, mühəndislik, hüquq və ya əlaqəli sahələr üzrə təhsil. Azərbaycan Respublikasının dövlət satınalmaları qanunvericiliyi üzrə biliklər. Beynəlxalq satınalmaların idarə edilməsi üzrə biliklər. Tender və ya satınalma sahəsində minimum 2 il iş təcrübəsi. Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları; rus dili biliyi üstünlükdür. Dəqiqlik, analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. ERP sistemləri üzrə biliklər. İş şərtləri İş qrafiki: həftə içi 5 gün İş yeri: Bakı, Zahid Xəlilov küç. 576-cı məhəllə Məşğulluq növü: Tam ştat Biz təklif edirik Rəqabətli əmək haqqı Stabil və peşəkar iş mühiti Karyera və peşəkar inkişaf imkanları

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.