Vakansiya haqqında
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American
Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən
tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv
olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT Mütəxəssisi)
Vəzifəyə olan tələblər:
Ali təhsil
(texniki təhsil arzu olunandır);
IP şəbəkə,
Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists )
VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər,
LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD,
DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;
İT sahəsində
1 ildən artıq iş təcrübəsi;
İşçilərin
texniki dəstəyi;
İngilis
və Rus dili bilikləri;
Texniki
sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;
Verilmiş
tapşırıqların həllinə kreativ yanaşma;
Komandada
işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf
etdirməyə meyilli.
Vəzifə öhdəlikləri:
Şirkətin
fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;
İş fəaliyyətini
daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar)
müvafiq olaraq qurmaq və həyata keçirtmək;
Şirkətdə
istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma
halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək;
Şirkətin
əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər)
işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər
görmək;
Qəbul
olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və
departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq;
İşçi
stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən
edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında
yazılı şəkildə məlumat vermək;
İşçi
stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini
(informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın
baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
