Vakansiya haqqında
İş yeri: Azerfloat QSC
Vəzifə öhdəlikləri:
İsti xətt üzrə:
Şüşə əritmə
sobasında mövcud temperatur və təzyiq göstəricilərinə nəzarət etmək,
müşahidə nəticələrinə əsasən xammal sərfiyyatı, temperatur və təzyiq üzrə
məlumatların dövri qeydiyyatını aparmaq
Şüşə
lentinin qalay vannasında hərəkətinə, eninə və qalınlığına nəzarət etmək
Əritmə
vannası sexində gedən proseslər üzrə müşahidələr və qeydlər aparmaq
Əritmə
vannasında və soyutma sobasında istifadə olunan avadanlıqlara yerində
vizual baxışlar keçirmək
İstehsalat
xəttində aşkar edilən defektli şüşələrin mövcud olma səbəbini araşdırmaq
Soyuq xətt üzrə:
Şüşə
lentinin ölçülərə uyğun olaraq avtomatik kəsilməsini təmin etmək
Kəsim
parametrlərini (ölçü, sürət, təzyiq və s.) avadanlıqda düzgün qurmaq və nəzarətdə
saxlamaq
Kəsilmiş
şüşələrin keyfiyyətinə (çıxıntı, çat, qırıq, ölçü uyğunsuzluğu və s.)
vizual nəzarət aparmaq
Xətdə
baş verən dayanma və nasazlıqlar barədə məsul şəxslərə operativ məlumat
vermək
Kəsim
sahəsində təhlükəsizlik normalarına və daxili qaydalara ciddi riayət etmək
Namizədə tələblər:
Orta
ixtisas və ya ali texniki təhsil (kimya, mexanika, elektrotexnika,
istehsalat və s.)
İstehsalatda
minimum 3 il iş təcrübəsi
İstiyə
dözümlülük və fiziki işdə işləmə bacarığı
Texniki
düşünmə qabiliyyəti
Məsuliyyətlilik
və dəqiqlik
Komandada
işləmək bacarığı
İş şəraiti:
İş
qrafiki: növbəli;
İş
saatı: 08:00 – 20:00;
Nahar
pulu;
Servis;
Könüllü
tibbi sığorta;
Əmək
haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin
olunacaqdır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
