Vakansiya haqqında
CONCEPT Group restoran və catering sahəsində həyata
keçirdiyi layihələrin genişlənməsi ilə əlaqədar mühasibatlıq şöbəsini gücləndirir.
Biz sadəcə gündəlik mühasibat əməliyyatlarını icra edən əməkdaş
axtarmırıq; biz mühasibat uçotunun bütün əsas sahələrini bilən, rəqəmlərin
arxasındakı maliyyə məntiqini anlayan, problemləri özü müəyyən edən və həll
yolları təklif edən, məsuliyyət götürməkdən çəkinməyən güclü mütəxəssis
axtarırıq.
Bu vəzifəyə seçiləcək şəxs şirkətin mühasibatlıq proseslərinin
inkişafında aktiv iştirak edəcək və perspektivdə Baş mühasib vəzifəsini tam şəkildə
üzərinə götürmək üçün hazırlanacaq.
Əsas vəzifələr:
Mühasibat
uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək;
Kassa,
bank, satış, alış, debitor və kreditor əməliyyatlarını idarə etmək və nəzarətdə
saxlamaq;
Təchizatçılar
və digər qarşı tərəflərlə hesablaşmaları və üzləşdirmələri aparmaq;
Anbar
və mal-material uçotunun mühasibat məlumatları ilə uyğunluğunu təmin etmək;
Restoran
və catering fəaliyyətinə xas satış, alış, anbar, istehsal və digər əməliyyatların
uçotunu koordinasiya etmək;
Əməkhaqqı,
məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək;
Vergi,
DSMF və digər məcburi hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini
təmin etmək;
Aylıq,
rüblük və illik maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Mühasibat
sənədlərinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Debitor
və kreditor borcların vəziyyətini təhlil etmək;
Maliyyə
göstəricilərini rəhbərliyə düzgün və vaxtında təqdim etmək;
Mühasibatlıq
proseslərində səhvləri və maliyyə risklərini əvvəlcədən müəyyən etmək;
Mövcud
proseslərin təkmilləşdirilməsi və daha effektiv uçot sisteminin qurulması
üzrə təkliflər vermək, süni intellektin bu sahədə tətbiqində maraqlı olmaq
Mühasibatlıq
komandasının fəaliyyətinin koordinasiyasında iştirak etmək;
Şirkətin
böyüməsi ilə paralel olaraq mühasibatlıq strukturunun inkişafına töhfə
vermək.
Namizədə tələblər:
Aparıcı
mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
Rəsmi
mühasibatlıq sahəsində 5-7 il peşəkar təcrübə;
Maliyyə,
Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Vergi
və əmək qanunvericiliyi üzrə bilik;
IIKO
proqramında işləmək bacarığı arzuolunandır;
MS
Excel üzrə yaxşı bilik;
Mühasibat
uçotunun bütün əsas sahələrini müstəqil şəkildə idarə edə bilmək bacarığı;
Maliyyə
hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
Analitik
düşüncə və yüksək məsuliyyət hissi;
Rəqəmlərlə
dəqiq və sistemli işləmə bacarığı;
Qərar
qəbul etmək və məsuliyyət daşımaq qabiliyyəti;
Baş
mühasib vəzifəsinə keçid üçün peşəkar potensiala malik olmaq.
İş şəraiti
İş
yeri: Bakı, 8 Noyabr pr. 23
İş
rejimi: Tam iş günü
Əmək
haqqı: Namizədin təcrübə və peşəkar səviyyəsinə uyğun olaraq müsahibə əsasında
müəyyən edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
