Vakansiya haqqında
Tələblər:
İxtisas:
Maşınqayırma, mexanika mühəndisliyi, mexatronika və ya müvafiq mühəndislik
sahələri üzrə təhsil;
İş təcrübəsi:
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Xarici
dil bilikləri: Rus, türk və ingilis dillərini bilmək arzuolunandır;
Kompüter
bilikləri: MS Office proqramları (xüsusilə Word və Excel); SolidWorks,
AutoCAD proqramlarında işləmək bacarığı;
Inventor,
CATIA, UG NX, Pro/ENGINEER kimi 3D modelləşdirmə proqramlarından ən azı
birində sərbəst işləmək bacarığı;
ANSYS
proqramı üzrə biliklərə malik olmaq üstünlükdür. Texniki çertyojların
hazırlanması, oxunması və təhlili bacarığı;
Yerli
və beynəlxalq standartlar (DÜST, EN, ISO, API, AWWA və s.) üzrə biliklər;
Layihələrin
hazırlanması, icrası və təqibi prosedurları barədə məlumatlılıq;
Texniki
sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Analitik
düşünmə, problem həll etmə və komandada işləmək bacarığı. sadece bu daha
yigcam
Vəzifə öhdəlikləri
İstehsal
olunacaq məhsul və detallar üzrə bütün zəruri texniki çertyojların
hazırlanması, rəsmiləşdirilməsi və istehsalata təqdim edilməsi;
Yeni və
innovativ məhsulların hazırlanması məqsədilə texniki araşdırmaların
aparılması, detalların layihələndirilməsi və texniki təhlilinin həyata
keçirilməsi;
Detalların
və montaj vahidlərinin texniki xüsusiyyətlərinin müəyyən edilməsi, müvafiq
texniki sənədlərin və hesabatların hazırlanması, sistemləşdirilməsi və
arxivləşdirilməsi;
Layihələndirilən
məhsulların yerli və beynəlxalq standartlara (DÜST, EN, ISO, API, AWWA və
s.) uyğunluğunun təmin edilməsi;
İstehsalat
və emalatxana əməkdaşları ilə sıx əməkdaşlığın qurulması, istehsal
prosesində yaranan texniki məsələlərin operativ həllində iştirak edilməsi;
Qəlibləmə
prosesləri üçün modellərin, qəliblərin və içliklərin layihələndirilməsi;
Yeni
sifariş olunan məhsulların ölçülərinin götürülməsi, texniki parametrlərinin
müəyyənləşdirilməsi və prototiplərin hazırlanması;
Məhsulların
konstruktiv təkmilləşdirilməsi və istehsal proseslərinin
optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
Hazırlanmış
layihələrin texniki tələblərə və istehsalat imkanlarına uyğunluğunun
yoxlanılması; Şöbə rəhbəri tərəfindən verilən digər texniki tapşırıqların
icrasında fəal iştirak edilməsi.
İş şəraiti
İş
qrafiki: həftənin 5 günü, 09:00-18:00
İş
yeri: Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1
Sumqayıt Kimya Sənayə Parkı
Nahar
və servis şirkət tərəfindən təmin olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
