Vakansiya haqqında
Təsvir
“AzərYem Sənaye MMC" yem istehsalı sahəsində mövqeyini
gücləndirmək və növbəti inkişaf mərhələsinə keçmək üçün güclü lider axtarır.
Direktor şirkətin strateji istiqamətini müəyyənləşdirəcək, istehsal və əməliyyat
fəaliyyətini idarə edəcək, maliyyə nəticələrinin yüksəldilməsinə və biznesin
dayanıqlı böyüməsinə birbaşa cavabdeh olacaq.
Tələblər
Əsas məsuliyyət sahələri
Strateji idarəetmə və biznesin inkişafı
Şirkətin
strateji hədəflərini ölçülə bilən əməliyyat planlarına, KPI-lara və büdcəyə
çevirmək, onların icrasını təmin etmək.
Yeni
inkişaf imkanlarını müəyyənləşdirmək, biznes təkliflərini və investisiya
layihələrini hazırlayıb İdarə Heyətinə təqdim etmək.
İdarə
Heyətinə şirkətin fəaliyyəti barədə müntəzəm, şəffaf və təhlilə əsaslanan
hesabatlar vermək.
İstehsal və əməliyyat mükəmməlliyi
Yem
istehsalının bütün mərhələlərini idarə etmək, istehsal güclərindən
maksimum səmərə ilə istifadəni və avadanlıqların fasiləsiz işini təmin etmək.
Məhsul
keyfiyyətinin və texnoloji proseslərin müəyyən edilmiş standartlara tam
uyğunluğuna zəmanət vermək.
Xammal
tədarükü, saxlanması və hazır məhsul ehtiyatları üzrə effektiv idarəetmə
sistemi qurmaq.
Xərclərin
optimallaşdırılması, məhsuldarlığın artırılması və itkilərin azaldılması
üzrə davamlı təkmilləşdirmə proqramları həyata keçirmək.
Maliyyə idarəetməsi
Şirkətin
maliyyə-təsərrüfat fəaliyyətinə, büdcə intizamına və maliyyə öhdəliklərinin
vaxtında icrasına nəzarət etmək.
Gəlirliliyi
və pul vəsaitlərinin hərəkətini yaxşılaşdırmağa yönəlmiş qərarlar qəbul
etmək.
Liderlik və komandanın inkişafı
Bölmələrarası
koordinasiyanı təmin etmək, yüksək nəticəyə yönəlmiş idarəetmə mədəniyyəti
formalaşdırmaq.
Rəhbər
heyəti inkişaf etdirmək, güclü kadr ehtiyatı yaratmaq və əmək resurslarını
səmərəli idarə etmək.
Risklərin idarə edilməsi və uyğunluq
Əməliyyat,
maliyyə və istehsalat risklərini qabaqcadan müəyyənləşdirmək və effektiv nəzarət
mexanizmləri tətbiq etmək.
Fəaliyyətin
qanunvericiliyə, korporativ idarəetmə prinsiplərinə, daxili prosedurlara və
əməyin mühafizəsi tələblərinə tam uyğunluğunu təmin etmək.
İdeal namizəd profili
İqtisadiyyat,
biznesin idarə edilməsi, mühəndislik, aqrar sahə və ya əlaqəli ixtisas üzrə
ali təhsil; MBA üstünlük sayılır.
İstehsal
müəssisəsində rəhbər vəzifədə ən azı 7 il təcrübə; aqrar sənaye və ya yem
istehsalı sahəsində təcrübə xüsusilə qiymətləndiriləcək.
İstehsal
həcmlərinin artırılması, xərclərin azaldılması və ya biznesin
transformasiyası üzrə rəqəmlərlə təsdiqlənən nəticələr.
Strateji
planlaşdırma, büdcələşdirmə, maliyyə təhlili və KPI əsaslı idarəetmə üzrə
dərin bilik.
Tədarük
zənciri, ehtiyatların idarə edilməsi və keyfiyyətə nəzarət sahəsində
praktiki təcrübə.
Korporativ
idarəetmə, risklərin idarə edilməsi və normativ uyğunluq prinsiplərinə
hakimlik.
Azərbaycan
dilini sərbəst, ingilis dilini işgüzar səviyyədə bilmək.
Liderlik keyfiyyətləri
Strateji
baxış və nəticə ilə ölçülən liderlik
Komandaları
ruhlandırmaq və inkişaf etdirmək bacarığı
Təsirli
kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti
Dəyişiklikləri
idarə etmək və innovasiyalara açıqlıq
Təzyiq
altında düzgün və vaxtında qərar qəbul etmək
Yüksək
məsuliyyət hissi, təşəbbüskarlıq və peşəkar etika
Biz təklif edirik
Şirkətin
inkişafına birbaşa təsir göstərmək imkanı verən strateji rəhbər vəzifə
Rəqabətli
əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi
Tibbi
sığorta, nəqliyyat və digər sosial təminatlar
Peşəkar
inkişaf və uzunmüddətli karyera perspektivi
Vakansiya növü - Tam ştat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
