Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Crystal Group

Ofis mühəndisi

QarabağMənbə: HRIN.az

Vakansiya haqqında

İş yeri: Qarabağ bölgəsi, Azərbaycan İş rejimi: Tam iş günü Vakansiya haqqında Crystal Group of Companies Qarabağ bölgəsində həyata keçirilən tikinti layihəsində çalışmaq üçün peşəkar və təcrübəli Sahə Mühəndisi axtarır. Namizəd tikinti-quraşdırma işlərinin sahədə təşkilinə, layihə sənədlərinə və texniki tələblərə uyğun icrasına, işçi qüvvəsinin koordinasiyasına və tikinti işlərinin müəyyən edilmiş qrafikə uyğun aparılmasına cavabdeh olacaqdır. Bu vəzifə inşaat mühəndisliyi üzrə ali təhsilə, tikinti sahəsində geniş praktiki təcrübəyə və tikinti proseslərinin sahədə idarə olunması bacarığına malik mütəxəssislər üçün nəzərdə tutulub. Əsas vəzifə öhdəlikləri Tikinti-quraşdırma işlərinin sahədə təşkili, planlaşdırılması və icrasını təmin etmək; Tikinti işlərinin təsdiq olunmuş layihə sənədlərinə, işçi çertyojlara və texniki spesifikasiyalara uyğun aparılmasına nəzarət etmək; Tikinti işlərinin müəyyən edilmiş iş qrafikinə və texniki tələblərə uyğun icrasını təmin etmək; İşçi qüvvəsinin və tikinti briqadalarının fəaliyyətini koordinasiya etmək; Görülən işlərin həcmini, keyfiyyətini və texniki uyğunluğunu yoxlamaq; Tikinti materiallarının, avadanlıqların və texniki vasitələrin sahədə düzgün istifadəsinə nəzarət etmək; Tikinti materialları və digər resurslara olan ehtiyacları müəyyənləşdirmək; Layihə rəhbəri, ofis mühəndisi, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək; Tikinti prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində müvafiq tədbirlər görmək; Görülmüş işlərin həcmi və tikinti prosesinin gedişatı barədə hesabatlar hazırlamaq; Tikinti işlərinin layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasını təmin etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Tikinti işlərinin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə tamamlanmasını təmin etmək. Namizədə dair tələblər İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil və müvafiq diplom mütləqdir; Tikinti sahəsində minimum 5 il iş təcrübəsi; Sahə mühəndisi və ya müvafiq texniki vəzifədə praktiki iş təcrübəsi; Çoxmərtəbəli yaşayış binalarının və digər tikinti layihələrinin icrasında praktiki təcrübə; Tikinti-quraşdırma işlərinin təşkili və icrası üzrə bilik və bacarıqlar; Layihə sənədlərini, işçi çertyojları və texniki spesifikasiyaları oxumaq və tətbiq etmək bacarığı; Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyət tələbləri üzrə biliklər; Tikinti materialları, iş həcmləri və iş qrafikləri ilə işləmək bacarığı; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı; Yüksək məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarıqları; Komandada işləmək və effektiv kommunikasiya bacarığı; Qarabağ bölgəsində yerləşən layihədə işləməyə hazır olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.