Vakansiya haqqında
İctimaiyyətlə əlaqələr şöbəsi İdarənin korporativ imicinin
gücləndirilməsi, fəaliyyətinin ictimaiyyətə təqdim olunması və tarixi-mədəni
irsin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Qrafik dizayner İdarənin vizual kimliyinin inkişaf etdirilməsi,
yaradıcı dizayn konsepsiyalarının, rəqəmsal və çap materiallarının, eləcə də
animasiyalı vizual kontentin hazırlanmasına və mədəni layihələrin vizual
kommunikasiya baxımından dəstəklənməsinə cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri:
İdarənin
kommunikasiya məqsədlərinə və korporativ vizual kimliyinə uyğun yaradıcı
dizayn konsepsiyalarının və qrafik həllərin hazırlanması;
Sosial
media platformaları, rəsmi veb-sayt və digər rəqəmsal kanallar üçün vizual
kontentin, infoqrafikaların, bannerlərin və digər qrafik materialların
hazırlanması;
Rəqəmsal
kommunikasiya kanalları üçün motion design elementlərinin, 2D
animasiyaların, hərəkətli tipoqrafiyanın və digər dinamik vizual
materialların hazırlanması;
Yerli
və beynəlxalq tədbirlər, sərgilər, festivallar, konfranslar və mədəni
layihələr üçün vahid vizual konsepsiyaların, animasiyalı afişaların,
dinamik bannerlərin və digər dizayn materiallarının hazırlanması;
Kataloq,
buklet, broşür, kitabça, illik hesabat, dəvətnamə və digər nəşr və
poliqrafiya məhsullarının qrafik tərtibatının və səhifələnməsinin həyata
keçirilməsi;
Sərgi
və ekspozisiya məkanları, muzeylər və digər ictimai sahələr üçün məlumatlandırıcı
və istiqamətləndirici lövhələrin, stendlərin, fotopanellərin və digər
vizual elementlərin dizayn edilməsi;
İçərişəhər
və Qala qoruqlarının tarixi-mədəni irsinin, muzeylərin və turizm
potensialının tanıdılmasına yönəlmiş kreativ vizual materialların
hazırlanması;
Korporativ
təqdimatların, kommunikasiya kampaniyalarının və müxtəlif layihələrin
vizual tərtibatının həyata keçirilməsi, ilkin eskizlərin və alternativ
dizayn həllərinin təqdim edilməsi;
Video
materiallar üçün animasiyalı mətnlərin, intro/outro elementlərinin, keçidlərin,
infoqrafikaların və digər hərəkətli qrafik elementlərin hazırlanması;
Fotoşəkillərin
və digər vizual materialların retuşu, rəng korreksiyası və qrafik emalının
həyata keçirilməsi;
Dizayn
materiallarının müxtəlif rəqəmsal və çap formatlarına uyğunlaşdırılması,
çapöncəsi texniki hazırlığının təmin edilməsi və yekun məhsulun təsdiqlənmiş
dizayna uyğunluğunun yoxlanılması;
İdarənin
və tabeliyindəki qurumların vizual kommunikasiya materiallarında vahid
korporativ üslubun qorunması, dizayn şablonlarının və qrafik elementlər
sisteminin hazırlanması;
Dizayn
tapşırıqlarının müəyyən edilmiş müddətlərdə icrası, aidiyyəti struktur
bölmələrlə koordinasiyanın təmin edilməsi və hazırlanmış dizayn
fayllarının sistemləşdirilərək elektron arxivinin aparılması.
Namizədə tələblər:
Qrafik
dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə ali təhsil (müvafiq
peşəkar təcrübə və güclü portfolio nəzərə alına bilər);
Qrafik
dizayn sahəsində ən azı 2 il iş təcrübəsi;
Adobe
Photoshop, Illustrator və InDesign proqramlarında peşəkar səviyyədə işləmək
bacarığı;
Adobe
After Effects proqramında animasiyalı qrafik materialların və sadə 2D
animasiyaların hazırlanması üzrə praktiki təcrübə;
Motion
design prinsipləri, hərəkətli tipoqrafiya, animasiya keçidləri və vizual
dinamika üzrə bilik və bacarıqlar;
Kompozisiya,
tipoqrafiya, rəng nəzəriyyəsi, vizual iyerarxiya və brend dizayn prinsipləri
üzrə əsaslı biliklər;
Rəqəmsal
və çap məhsullarının dizaynı, səhifələnməsi və çapöncəsi hazırlığı üzrə
praktiki təcrübə;
Statik
və animasiyalı dizayn materiallarının müxtəlif rəqəmsal platformaların
texniki tələblərinə uyğun hazırlanması bacarığı;
Müasir
dizayn və motion design tendensiyalarını izləmək, onları layihələrin məqsədlərinə
uyğun tətbiq etmək bacarığı;
Yaradıcı
və konseptual düşüncə, yüksək estetik zövq və detallara diqqət;
Paralel
layihələr üzərində işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən
edilmiş icra müddətlərinə riayət etmək bacarığı;
Komandada
işləmək, konstruktiv rəyləri nəzərə almaq və dizayn qərarlarını əsaslandırmaq
bacarığı;
Azərbaycan
dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
Statik
dizayn və motion design üzrə iş nümunələrini əks etdirən portfolionun təqdim
edilməsi.
Əlavə üstünlüklər:
Adobe
Premiere Pro proqramında video montaj və postproduksiya üzrə iş təcrübəsi;
Figma
və digər müasir dizayn alətlərindən istifadə bacarığı;
3D
animasiya və vizuallaşdırma proqramları ilə işləmək bacarığı;
Mədəniyyət,
turizm, muzey, sərgi və ya yaradıcı kommunikasiya layihələrində qrafik
dizayn və motion design üzrə iş təcrübəsi;
Brend
kimliyi və vizual üslub üzrə təlimatların (brand guidelines) hazırlanması
təcrübəsi.
Biz nə təklif edirik?
Azərbaycanın
zəngin tarixi-mədəni irsinin qorunması və tanıdılmasına yaradıcı töhfə
vermək, yerli və beynəlxalq mədəni layihələrin vizual kimliyinin
formalaşdırılmasında iştirak etmək, tarixi irslə müasir dizayn
yanaşmalarını birləşdirən layihələr üzərində işləmək və peşəkar komandada
yaradıcılıq potensialını inkişaf etdirmək imkanı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
