Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ravy Property

Mexanik Briqadir

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Binada mövcud olan mexaniki mühəndis sistemlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək. Su təchizatı, kanalizasiya, istilik, soyutma, havalandırma, kondisioner, drenaj, qazanxana və nasos sistemlərinin texniki vəziyyətinə gündəlik nəzarət etmək. Mexaniki texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək. Mexaniki sistem və avadanlıqlar üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərinin təsdiq edilmiş qrafiklərə uyğun icrasını təşkil etmək. Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görmək. Su sızması, kanalizasiya tutulması, nasosların sıradan çıxması və digər qəza hallarında operativ müdaxilə etmək, texniki heyətin işini əlaqələndirmək. Mexaniki avadanlıqların texniki istismar, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun istifadəsinə nəzarət etmək. Texniki xidmət və təmir işləri üçün tələb olunan alət, material və ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək və təminatla bağlı rəhbərliyə məlumat vermək. Görülmüş işlərin, aşkar edilmiş nasazlıqların və aradan qaldırılmış problemlərin texniki jurnallarda qeyd olunmasını təmin etmək. Briqada üzvlərinin əmək intizamına, iş qrafikinə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək. Mexaniki sistemlərdə enerji və su itkilərinin azaldılması, avadanlıqların səmərəli istismarı istiqamətində tədbirlər görmək. Mexaniki sistemlərin texniki vəziyyəti, görülmüş işlər və mövcud problemlər barədə birbaşa rəhbərə mütəmadi məlumat vermək. Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. Vəzifənin ilkin tələbləri: Müvafiq texniki sahə üzrə orta ixtisas və ya ali təhsil; Mexaniki sistemlərin istismarı və texniki xidməti sahəsində iş təcrübəsi; HVAC, su təchizatı, kanalizasiya, istilik və nasos sistemləri üzrə praktiki biliklər; Texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı; Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.