Vakansiya haqqında
Məşğulluq növü: Tam iş günü (Full-time)
İşin Təsviri
Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri,
GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi,
daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və
korporativ mədəniyyətin inkişaf etdirilməsi.
Əsas Öhdəliklər
İşəqəbul
(Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini
idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).
KPI və
Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri
xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin
edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə
əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim
edilməsi.
ƏMAS
İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin
bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.
Kadr
Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər,
məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.
Adaptasiya
və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili
və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.
Əməyin
Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə
təlimatlandırılması prosesinə nəzarət.
Tələblər
Təhsil:
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və
ya uyğun sahə).
Təcrübə:
Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field
operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.
KPI
bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və
hesablanması üzrə praktiki təcrübə.
Qanunvericilik
və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl
bilmək.
Texniki
kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi
kanallarını bilmək.
Bacarıqlar:
Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq
bacarıqları.
Dil
bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri
üstünlükdür.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
