Vakansiya haqqında
Təsvir
Aylıq,
rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili
prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə
təqdim edilməsini təmin etmək
Gəlir
və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək, maliyyə
planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
Maliyyə
nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə
prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək;
Şirkətin
illik büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası
prosesinə rəhbərlik etmək;
Daxili
və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının
vaxtında təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən
edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə nəzarət etmək;
Komandanın
fəaliyyətini effektiv şəkildə idarə etmək, əməkdaşların peşəkar inkişafını
dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin
etmək
Rəhbərlik
tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında və keyfiyyətli
icrasını təmin etmək.
Tələblər
Maliyyə,
mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik
olmaq;
ACCA,
CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq
sertifikatlarına malik olmaq üstünlük hesab edilir;
Maliyyə,
hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi,
o cümlədən ən azı 2 il rəhbər vəzifədə fəaliyyət göstərmiş olmaq;
Beynəlxalq
audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik
namizədlərə üstünlük verilir
Microsoft
Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək
bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq;
Azərbaycan
və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik
olmaq (rus dili biliyi üstünlükdür).
Xüsusi tələblər:
Beynəlxalq
Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik biliklərə
malik olmaq;
Microsoft
Excel proqramında qabaqcıl səviyyədə bilik və analitik işləmə bacarığına
malik olmaq;
Yüksək
stress şəraitində səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq
etmək bacarığına malik olmaq
Vakansiya növü - Tam ştat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
