Vakansiya haqqında
Təsvir
"ATS Soy processing MMC"-nin Xırdalan şəhərində
yerləşən müəssisəsi üçün şirkət məhsullarının satış strategiyasının uğurla
icrasını təmin edəcək, müştəri bazasını fəal şəkildə genişləndirəcək və mövcud
tərəfdaşlarla əlaqələri inkişaf etdirəcək təcrübəli Satış üzrə mütəxəssis axtarışındayıq.
Bu vəzifə kommersiya danışıqlarının aparılması, sifarişlərin və müqavilələrin
idarə olunması, debitor borclarına nəzarət edilməsi, bazar tendensiyalarının təhlili,
eləcə də zərurət yaranqda regionlara ezamiyyətlərin həyata keçirilməsini əhatə
edir.
Əsas Öhdəliklər
Şirkətin
məhsulları üzrə satış fəaliyyətini həyata keçirmək və təyin olunmuş satış
planlarının uğurla icrasını təmin etmək;
Yeni
müştərilər axtarmaq, potensial müştəriləri cəlb etmək və şirkətin müştəri
bazasını mütəmadi olaraq genişləndirmək;
Mövcud
müştərilərlə əlaqələri qorumaq, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirmək;
Müştərilərlə
birbaşa görüşlər keçirmək, məhsulların təqdimatını aparmaq və sərfəli
kommersiya danışıqları təşkil etmək;
Müştərilərin
tələbatına uyğun qiymət təklifləri hazırlamaq və daxil olan sifarişləri
operativ qaydada qəbul etmək;
Satış
müqavilələrinin hazırlanmasını, razılaşdırılmasını və icra prosesini tam əlaqələndirmək;
Məhsulların
müştərilərə vaxtında və keyfiyyətlə çatdırılması üçün aidiyyəti struktur
bölmələrlə sıx əməkdaşlıq etmək;
Bazar
qiymətlərini, rəqiblərin fəaliyyətini və müştəri tələbatını mütəmadi izləmək
və təhlil etmək;
Müştərilərin
ödənişlərini izləmək və debitor borclarının vaxtında yığılmasını təmin etmək
istiqamətində zəruri tədbirlər görmək;
Satış
nəticələri, görülən işlər və müştəri münasibətləri barədə rəhbərliyə mütəmadi
hesabatlar təqdim etmək;
Rəhbərlik
tərəfindən verilən digər ticarət əməliyyatları, satınalma və müvafiq iş
tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair Tələblər
Təhsil:
Kommersiya, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə və ya əlaqəli
sahələr üzrə ali təhsil;
Təcrübə:
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Peşəkar
və Texniki Biliklər:
Yüksək
səviyyədə ünsiyyət və effektiv danışıqlar aparmaq bacarığı;
Analitik
düşüncə, detallara diqqət və dəqiq işləmək qabiliyyəti;
Müştərilərlə
işləmək və satış proseslərini tam idarə etmək bacarığı;
MS
Office proqramlarında, həmçinin 1C və ya SAP proqramlarında sərbəst işləmək
bacarığı;
Dil
Bilikləri: Azərbaycan dili – sərbəst; Rus və İngilis dili bilikləri
üstünlükdür;
Şəxsi
Keyfiyyətlər və Digər Şərtlər: Nəticəyönümlülük, məsuliyyətlilik. Xırdalan
ofisində fəaliyyət göstərməklə yanaşı, regionlara iş səfərlərinə (ezamiyyətlərə)
hazır olmaq.
Vakansiya növü - Tam ştat
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
