Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Şirkətə
daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil
etmək;
Layihə
sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və
spesifikasiyaları araşdırmaq;
Layihə
üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu
yoxlamaq;
Hər
bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
Material,
əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri
hesablamaq;
Təchizat
və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini
toplamaq;
Təchizatçılardan
alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə
təsirini qiymətləndirmək;
Əmək xərclərini
iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında
hesablamaq;
Mexanizm,
texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək;
Subpodrat
işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək;
Layihənin dolayı
xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat,
idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq;
Layihə
üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək
göstəriciləri müəyyənləşdirmək;
Layihənin
xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
Layihənin Total
Cost – ümumi maya dəyərini formalaşdırmaq;
Tender
və kommersiya təkliflərini hazırlamaq;
Hazırlanmış
smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq;
Smeta
hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin
əsaslandırılmasını təmin etmək;
Layihə
üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini
hesablamaq;
Tender
sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək;
Bütün
layihələr üzrə vahid qiymət və smeta
bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;
Namizədə qarşı tələblər
İnşaat
mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil;
Tikinti
sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində
minimum 5–10 il iş təcrübəsi;
Yaş həddi:
40 yaşadək;
Tikinti
layihələri üzrə smeta sənədlərinin hazırlanması və hesablanması üzrə geniş
praktiki təcrübə;
Layihə,
işçi çertyojlar, texniki spesifikasiyalar və digər sənədlər əsasında iş həcmlərinin
müəyyən edilməsi üzrə bacarıq;
MS
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Smeta
proqramları ilə işləmək bacarığı;
AutoCAD proqramında
işləmək bacarığı;
Texniki
və smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili üzrə bacarıq;
Analitik
düşünmə və rəqəmlərlə dəqiq işləmək qabiliyyəti;
Yüksək
diqqətlilik, məsuliyyət, intizam və təşkilatçılıq bacarığı;
Komandada
işləmək və digər şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
İş şəraiti:
İş
rejimi: 6 günlük;
Əmək
haqqı: Müsahibə əsasında təyin olunur
İş
yeri: Bakı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
