Vakansiya haqqında
Bu vəzifə üzrə namizəd İT infrastrukturu, sistem
inteqrasiyası və proqram təminatı layihələrinin planlaşdırılması,
koordinasiyası və uğurla icrasına rəhbərlik edəcək. Eyni zamanda bir neçə layihəni
paralel idarə edə bilən, nəticəyönümlü və güclü təşkilatçılıq bacarıqlarına
malik namizəd axtarırıq.
Əsas vəzifələr
İT
infrastrukturu, sistem inteqrasiyası və proqram təminatı layihələrini
planlaşdırmaq və idarə etmək;
Layihələrin
əhatə dairəsini, vaxt qrafikini və resurs ehtiyaclarını müəyyənləşdirmək;
Layihələrin
büdcəsini, vaxt qrafikini, resurslarını və nəticələrini idarə etmək;
Daxili
komandalar, sifarişçilər, biznes tərəfləri və xarici təchizatçılar
arasında koordinasiyanı təmin etmək;
Layihə
üzrə gündəlik fəaliyyətləri idarə etmək, tapşırıqların vaxtında və keyfiyyət
standartlarına uyğun icrasına nəzarət etmək;
Layihə
risklərini və yarana biləcək problemləri müəyyənləşdirmək, onların həlli və
idarə olunmasını təmin etmək;
Layihələrin
müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində
tamamlanmasına nəzarət etmək;
İT
siyasətlərinə, texniki standartlara və informasiya təhlükəsizliyi tələblərinə
riayət olunmasını təmin etmək;
Test,
tətbiq, sənədləşdirmə və layihənin təhvil verilməsi proseslərini
koordinasiya etmək;
Layihələrin
gedişatı barədə rəhbərliyə və maraqlı tərəflərə mütəmadi hesabatlar təqdim
etmək;
Rəhbərlik
tərəfindən vəzifə üzrə verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
İnformasiya
texnologiyaları, kompüter elmləri, sistem mühəndisliyi və ya digər uyğun
ixtisas üzrə ali təhsil;
Layihələrin
idarə edilməsi sahəsində minimum 4–5 il iş təcrübəsi;
İT
infrastrukturu, sistem inteqrasiyası və ya proqram təminatı layihələri üzrə
praktiki təcrübə;
Orta və
irimiqyaslı inteqrasiya layihələrinin başlanğıcdan təhvil mərhələsinədək
idarə olunması üzrə təcrübə;
Agile,
Waterfall və ya Hybrid layihə idarəetmə metodologiyaları üzrə bilik;
MS
Office proqramları, xüsusilə MS Project ilə işləmə bacarığı;
Azure
DevOps, ManageEngine və ya digər layihə idarəetmə alətləri ilə işləmə
bacarığı;
İT
siyasətləri, texniki standartlar və informasiya təhlükəsizliyi tələbləri
haqqında anlayış;
ISO
9001, ISO 27001 və digər müvafiq idarəetmə standartları üzrə bilik
arzuolunandır;
Güclü
liderlik, ünsiyyət, danışıqlar aparma, analitik düşünmə və problem həll
etmə bacarıqları;
Vaxtın
effektiv idarə olunması və güclü təşkilatçılıq bacarığı;
Bir
neçə layihəni eyni vaxtda effektiv idarə etmək və gərgin iş şəraitində
çevik qərarlar vermək bacarığı;
Texniki
və biznes tərəfləri ilə effektiv əməkdaşlıq etmək bacarığı.
Dil bilikləri
Azərbaycan
dili – sərbəst;
İngilis
dili – əla;
Rus
dili – əla.
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
