Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

OBA marketlər şəbəkəsi

İnkassasiya əməliyyatları üzrə aparıcı mütəxəssis

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Təsvir İnkassatorların marşrutlarının və gündəlik inkassa prosesinin koordinasiyası. İnkassa olunan və olunmayan marketlər üzrə gündəlik məlumatların toplanması, yoxlanılması və aidiyyəti şəxslərə göndərilməsi. İnkassa paketlərinin və pul vəsaitlərinin təhvil-təslim prosesinə nəzarət edilməsi. Qəbul kassaları üzrə əməliyyatların yoxlanılması, yaranan fərqlərin araşdırılması və düzəlişlərin koordinasiyası. Problemli inkassa paketlərinin müəyyən edilməsi, həllinin təşkili və sayım kassasına təhvil verilməsinin izlənilməsi. İnkassa əməliyyatları üzrə məlumatların SAP və Tiger sistemlərinə daxil edilməsi və müvafiq əməliyyatların icrasının izlənilməsi. Terminal ödənişləri üzrə gecikmələrin və texniki problemlərin müəyyən edilməsi, aidiyyəti komandalarla həllinin koordinasiyası. Sənəd daşınması xərcləri üzrə cədvəllərin hazırlanması və yaranan uyğunsuzluqların araşdırılması. Sürücülərin bonus və əməkhaqqı hesablamaları üçün məlumatların hazırlanması və aidiyyəti şəxslərə təqdim edilməsi. Seyf paketlərin hazırlanması, paylanması və uçotunun aparılması. İnkassa aktlarının və protokollarının hazırlanması, sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsi. Yeni açılan və yeri dəyişdirilən marketlərin inkassa marşrutlarına daxil edilməsinin koordinasiyası. İnkassa prosesləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması. İnkassa əməliyyatları zamanı yaranan problemlərin araşdırılması, məlumatların düzgünlüyünün təmin edilməsi və proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi. İş qrafiki: 5 gün, 08:00-17:00 Tələblər Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Təcrübə: Maliyyə, kassa əməliyyatları, inkassasiya və ya əməliyyatların koordinasiyası sahəsində minimum 2-3 il iş təcrübəsi; Proqram təminatı üzrə biliklər : MS Office, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; SAP və digər ERP sistemləri üzrə biliklər üstünlükdür; Peşəkar biliklər: Kassa əməliyyatları, pul vəsaitlərinin uçotu, təhvil-təslim və üzləşmə prosesləri üzrə biliklər; Analitik bacarıqlar: Məlumatların təhlili, maliyyə fərqlərinin araşdırılması və hesabatların hazırlanması bacarığı; Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, operativlik Üstünlükdür: Pərakəndə satış (Retail) və FMCG sektorunda iş təcrübəsi. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Servislə təmin olunur

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.