Vakansiya haqqında
Vəzifə haqqında:
BEOC
Qum adasında təmir-bərpa işləri zamanı yükqaldırma əməliyyatlarının təhlükəsiz
və səmərəli həyata keçirilməsi, yüklərin düzgün hazırlanması, yoxlanılması
və bərkidilməsi, həmçinin kran operatorlarının müvafiq siqnallarla yönləndirilməsi
məqsədilə Takelajçı vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə
yükqaldırma və takelaj əməliyyatlarının təsdiq edilmiş planlara, şirkət
prosedurlarına və müvafiq sənaye standartlarına uyğun həyata keçirilməsini
əhatə edir.
Əsas vəzifə öhdəlikləri:
Müxtəlif
növ yükqaldırma əməliyyatlarını təyinatına uyğun və təhlükəsiz şəkildə həyata
keçirmək.
Təhlükəsiz
iş zonasını rəhbərlə razılaşdırmaq, ərazinin əməliyyatlar üçün uyğunluğunu
təmin etmək.
Qum
adasında təmir-bərpa işləri zamanı yükqaldırma əməliyyatlarını həyata
keçirmək.
Müvafiq
takelaj avadanlıqlarından istifadə etməklə yük ilə qaldırıcı avadanlıq
arasında düzgün əlaqə yaratmaq və yükləri təhlükəsiz şəkildə bərkitmək.
Yükqaldırma
əməliyyatlarından əvvəl yükün çəkisini, ağırlıq mərkəzini, balansını və
dayanıqlığını qiymətləndirmək.
Təsdiq
edilmiş yükqaldırma planlarına və yükqaldırma qabiliyyəti cədvəllərinə
uyğun işləmək, əməliyyatlarla bağlı riskləri qiymətləndirmək.
Yükqaldırma
zamanı kran operatorlarını təsdiq edilmiş əl və radio siqnalları vasitəsilə
yönləndirmək.
Takelaj
avadanlıqlarını və yükqaldırma aksesuarlarını düzgün seçmək, yoxlamaq və təhlükəsiz
istifadə etmək.
Rəhbər,
kran operatorları və digər komanda üzvləri ilə koordinasiyalı işləmək,
aşkar edilmiş çatışmazlıqlar və təhlükəli hallar barədə məlumat vermək.
İşə
başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra əməyin təhlükəsizliyi
qaydalarına riayət etmək, insanların və iş mühitinin təhlükəsizliyini
qorumaq.
Tələblər və kvalifikasiyalar:
Təhsil:
Orta təhsil və ya ona ekvivalent təhsil arzuolunandır.
Sertifikatlar:
Etibarlı takelajçı sertifikatı və ya təsdiq edilmiş yükqaldırma və takelaj
təlimi tələb olunur. Siqnalçı və yük bağlayıcı üzrə əlavə sertifikatların
olması üstünlükdür.
İş təcrübəsi:
Tikinti, neft-qaz, dəniz, sənaye və ya ağır avadanlıq sahələrində minimum
2–3 il iş təcrübəsi tələb olunur. Mobil kranlar, tırtıllı kranlar, körpülü
kranlar və xüsusi yükqaldırma avadanlıqları ilə iş təcrübəsi üstünlükdür.
Texniki
bilik və bacarıqlar: Yükqaldırma və takelaj prinsiplərini, təhlükəsiz
yükqaldırma qaydalarını, yükqaldırma planlarını və yükqaldırma qabiliyyəti
cədvəllərini oxumağı, takelaj avadanlıqlarından və yükqaldırma
aksesuarlarından istifadəni, yükün çəkisini və ağırlıq mərkəzini müəyyən
etməyi, riskləri qiymətləndirməyi, əl və radio siqnalları ilə ünsiyyət
qurmağı bacarmaq.
Davranış
səriştələri: Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə,
əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq,
insanlara və iş mühitinə qayğı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
